...

Azərbaycanda internetin nüfuz səviyyəsi 45 faiz təşkil edir

Telekommunikasiya Materials 22 Oktyabr 2010 16:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 oktyabr /Trend, müxbir H.Vəliyev/

Azərbaycanda genişzolaqlı internetdən istifadə səviyyəsi 12 faiz təşkil edir. Bu barədə Azərbaycan Marketinq Cəmiyyətinin (AMC) cümə günü dərc edilən hesabatında deyilir.

AMC-nin hesablamalarına görə, bütün ölkə üzrə respondentlərin 45 faizi internet istifadəçisidir, bu, rəsmi göstəriciləri 1,5 dəfə ötür.

Mobil internetin nüfuz səviyyəsi 17 faiz qiymətləndirilir.

AMC tərəfindən ilin birinci yarısına olan vəziyyətə görə, informasiya-kommunikasiya bazarının vəziyyəti haqqında hesabat həm respondentlərin cavabı, həm də Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin və Dövlət Statistika Komitəsinin rəsmi göstəriciləri əsasında hazırlanıb.

Sorğuda 5800 respondent iştirak edib. Onların 64 faizi paytaxtın payına düşür.

Respondentlərin 24 faizi 14-24 yaşlı, 22 faiz 25-34 yaşlı, 21 faiz 35-44 yaş, 20 faiz 45-54 yaş, 9 faiz 55-64 yaş və 4 faiz 65-74 yaş kateqoriyasına aiddir.

Respondentlərin 45 faizi kişilərdir.

AMC-nin sorğusuna əsasən, ümumilikdə respublika üzrə respondentlərin ümumi sayından 25,7 faizinin kompüteri var, paytaxt üzrə bu göstərici 38 faiz təşkil edir.

Ümumiyyətlə, kompüteri olmayan respondentlərin 18 faizi qarşıdan gələn altı ayda onu almaq istədiklərini bildiriblər.

100 nəfərin payına düşən kompüterlərin orta göstəricisi 14 ədəd təşkil edir. AMC-nin hesablamalarına görə, ev istifadəçilərində kompüterlərin olma göstəricisi 2008 və 2009-cu illərdə müvafiq olaraq 2,9 və 5,7 ədəd təşkil edib. AMC-nin hesablamalarına görə, cari ildə bu göstərici 27,4 faizə çatır, bu, rəsmi statistik məlumatları iki dəfə üstələyir.

Xəbər lenti

Xəbər lenti