Azərbaycan, Bakı, 2 mart /Trend, müxbir H.Vəliyev/
Azərbaycan Milli Elmlər Akademiyası Mülki Tədqiqatlar və İnkişaf Fondunun (CRDF) Elmin İnkişafı Fondunun (EİF) işində və qrant idarəetmə sisteminin (QİS) avtomatlaşdırılmasında təcrübəsini öyrənmək niyyətindədir. Bu barədə Elmlər Akademiyasının məlumatında deyilir.
CRDF ilə əməkdaşlıq EİF əməkdaşları üçün təlimlərin keçirilməsi və CRDF-in EİF-də seminarlarının təşkilini nəzərdə tutur.
CRDF 1995-ci ildə ABŞ-da yaradılıb, Birləşmiş Ştatlar və keçmiş postsovet ölkələri ilə elmi-texniki əməkdaşlıq quran qeyri-kommersiya təşkilatıdır.
CRDF-in fəaliyyətinin əsas istiqamətləri: perspektivli elmi-tədqiqat işlərinin dəstəklənməsi, keçmiş sovet məkanı ölkələrinin elmi-texniki infrastukturunun saxlanılması üçün emiqrasiyanın azalması üçün şəraitin yaradılması, hərbi sənaye alimlərinin birgə mülki elmi-tədqiqat layihələrinin maliyyələşdirilməsi yolu ilə mülki işlərə keçidinin təkmilləşdirilməsi və s.
Layihələrin müsabiqəsi birgə tədqiqatlar üçün qrant proqramı üzrə aparılır. Onun çərçivəsində ABŞ və MDB ölkələrinin alim və mühəndislərinin birgə kollektivləri bir-iki il ərzində maliyyə dəstəyi üçün müraciət edə bilərlər. Qrantın nəzərdə tutulan orta məbləği bir ildən iki ilədək qüvvədə olma müddəti ilə 40 min dollar təşkil edir.