...

Azerfon-Vodafone VII Azərbaycan Beynəlxalq avtomobil sərgisinin rəsmi kommunikasiya tərəfdaşıdır

Telekommunikasiya Materials 16 Mart 2011 16:36 (UTC +04:00)
2011-cu il martın 16-19-da Bakı şəhərində keçiriləcək "AutoShow" VII Azərbaycan Beynəlxalq avtomobil sərgisinin rəsmi telekommunikasiya tərəfdaşı Azerfon-Vodafone-dur.
Azerfon-Vodafone VII Azərbaycan Beynəlxalq avtomobil sərgisinin rəsmi kommunikasiya tərəfdaşıdır

Azərbaycan, Bakı, 16 mart /Trend/

2011-cu il martın 16-19-da Bakı şəhərində keçiriləcək "AutoShow" VII Azərbaycan Beynəlxalq avtomobil sərgisinin rəsmi telekommunikasiya tərəfdaşı Azerfon-Vodafone-dur. Xəzəryanı regionun ən böyük avtomobil sərgisi ilk dəfə olaraq yeni "Bakı Ekspo" sərgi kompleksində keçiriləcək. Sərgi zamanı qonaqlar Azerfon-Vodafone tərəfindən təqdim edilən 3G texnologiyası üzrə müxtəlif məhsul və xidmətlərlə tanış olacaq.

Azerfon-Vodafone artıq iki ildir ki, bu sahədə dünya üzrə qabaqcıl şirkət olan "Iteca Caspian" tərəfindən təşkil edilən beynəlxalq sərgilərin rəsmi telekommunikasiya tərəfdaşıdır.

Bu tərəfdaşlığa əsasən Azərfon-Vodafone Bakıda keçiriləcək beynəlxalq sərgiyə dəstək olaraq, burada 3G texnologiyası üzrə məhsul və xidmətləri təqdim edəcək. Eyni zamanda, abunəçilər sərgi zamanı videozəng vasitəsi ilə sərgini kənardan izləmək imkanı, bundan başqa, təqdim edilən Azerfon-Vodafone nömrəsinə SMS göndərməklə sərgidə iştirak etmək üçün dəvətnamə əldə edə biləcəklər.

"AutoShow 2011" sərgisində 100-dən çox şirkətin iştirak edəcəyi gözlənilir. Hazırda "AutoShow" sərgisinin iştirakçılarının siyahısına 14 ölkədən, o cümlədən Azərbaycan, Almaniya, Belarus, Danimarka, İtaliya, Kanada, Çin, Malayziya, Rusiya, Litva, Tayvan, Türkiyə, İsveçrə və Yaponiyadan olan şirkətlər daxildir.

"Azerfon" MMC öz kommersiya fəaliyyətinə 21 mart 2007-ci il tarixində "Nar Mobile" ticarət nişanı ilə başlayıb. "Nar Mobile" ticarət nişanı Azərbaycanın zəngin mədəni irsinin müasir həyatla bağlılıq rəmzi kimi seçilib. Azerfon şəbəkəsi Azərbaycan Respublikasının 80 faizini əhatə edir. Bu günədək Azerfon şirkəti 1,7 milyonadək abunəçiyə xidmət göstərib.

2009-cu ildə "Azerfon" MMC və Vodafone şirkəti arasında qeyri-səhmdar tərəfdaşlıq müqaviləsi imzalanıb. 2 dekabr 2009-cu il tarixində "Azerfon" MMC ölkədə 3G texnologiyaları xidmətlərinin göstərilməsi üçün lisenziya alıb. Azərbaycanın ən innovativ və sürətlə inkişaf edən mobil operatoru ölkədə ilk dəfə olaraq 3G xidmətinin tətbiqinə başlayıb və yeni Azerfon-Vodafone brendini təqdim edib.

Xəbər lenti

Xəbər lenti