...

Azərbaycan Rabitə Nazirliyi poçt xidmətlərinin davamlılığının və təhlükəsizliyinin təmini məsələlərini müzakirə edəcək

Telekommunikasiya Materials 28 Mart 2011 14:58 (UTC +04:00)
Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi poçt xidmətlərinin davamlılığının və təhlükəsizliyinin təmini məsələlərinin müzakirəsində iştirak edəcək.
Azərbaycan Rabitə Nazirliyi poçt xidmətlərinin davamlılığının və təhlükəsizliyinin təmini məsələlərini müzakirə edəcək

Azərbaycan, Bakı, 28 mart /Trend, müxbir H.Vəliyev/

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi poçt xidmətlərinin davamlılığının və təhlükəsizliyinin təmini məsələlərinin müzakirəsində iştirak edəcək. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi nazirlikdən bildirilib.

Məsələ aprelin 1-də Qazaxıstanın Almatı şəhərində Regional Rabitə Birliyinin (RRB) Poçt Rabitəsi üzrə Komissiyasının 32-ci və RRB-nin Poçt Rabitəsi Operatorları Şurasının 21-ci iclası çərçivəsində müzakirə ediləcək.

Azərbaycanı tədbirlərdə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Poçt sektorunun müdiri, RRB-nin poçt rabitəsi üzrə komissiyasının sədri Novruz Məmmədov təmsil edəcək.

İclas çərçivəsində birgə poçt markalarının buraxılması layihəsi, eləcə də RRB çərçivəsində ekspress-poçt (EMS) sisteminin yaradılmasına dair konsepsiyanın həyata keçirilməsi müzakirə olunacaq.

Birgə iclasdan əvvəl strateji regional layihə çərçivəsində yerlərdə təyin olunmuş poçt operatorlarına köməyin göstərilməsi üzrə regional yanaşmaya dair məsələlərə həsr olunmuş seminar keçiriləcək.

Xəbər lenti

Xəbər lenti