...

Naxçıvan MR-in rabitə müəssisələri yanvar-fevralda 939,5 min manat məbləğində xidmət göstərib

Telekommunikasiya Materials 30 Mart 2011 17:47 (UTC +04:00)
Yanvar-fevralın yekunları üzrə Naxçıvan Muxtar Respublikasının rabitə müəssisələri tərəfindən 939,5 min manatdan çox məbləğdə xidmət göstərilib.
Naxçıvan MR-in rabitə müəssisələri yanvar-fevralda 939,5 min manat məbləğində xidmət göstərib

Azərbaycan, Bakı, 30 mart /Trend, müxbir H.Vəliyev/

Yanvar-fevralın yekunları üzrə Naxçıvan Muxtar Respublikasının rabitə müəssisələri tərəfindən 939,5 min manatdan çox məbləğdə xidmət göstərilib. Bu, 2010-cu ilin analoji dövr göstəricisi ilə müqayisədə 97 faiz çoxdur. Trend-in məlumatına görə, bu barədə NMR-in Bakıdakı daimi nümayəndəliyinin çərşənbə günü yaydığı məlumatda deyilir.

Məlumata əsasən, ilin ilk ayının yekunları üzrə informasiya xidmətlərinin və rabitə xidmətlərinin həcmi 6993,4 min manat təşkil edib. Bu, ötən ilin analoji dövr göstəricisi ilə müqayisədə 22,4 faiz çoxdur.

Göstərilən xidmətlərin ümumi həcmindən 86 faiz (pul vahidində 6012,7 min manat) qeyri-dövlət rabitə müəssisələrinin payına düşür.

Dövlət müəssisələri tərəfindən göstərilən rabitə xidmətlərinin həcmi ötən ilin göstəricisi ilə müqayisədə 23,8 faiz artıb.

NMR-in ümumi istifadəli telefon şəbəkəsinin nömrə tutumu yanvar-fevralın yekunları üzrə 384 ədəd artıb.

Xəbər lenti

Xəbər lenti