...

Bakcell-lə mobil ünsiyyət indi daha rahat və sərfəli oldu

Telekommunikasiya Materials 4 İyul 2011 12:55 (UTC +04:00)
Azərbaycanın ilk mobil operatoru olan Bakcell şirkəti CİN abunəçiləri üçün nəzərdə tutulan daha iki yeni kampaniyaya start verməklə öz abunəçilərini sevindirir.
Bakcell-lə mobil ünsiyyət indi daha rahat və sərfəli oldu

Azərbaycan, Bakı, 4 iyul /Trend/

Azərbaycanın ilk mobil operatoru olan Bakcell şirkəti CİN abunəçiləri üçün nəzərdə tutulan daha iki yeni kampaniyaya start verməklə öz abunəçilərini sevindirir. Mobil rabitəni daha rahat və sərfəli etmək üçün Bakcell şirkəti öz zəngin tarif portfelinə HədsizCIN və QazanCIN kampaniyalarını əlavə edib.

QazanCIN və HədsizCIN kampaniyaları SevinCIN və SevimliCIN abunəçiləri üçün nəzərdə tutulub. QazanCIN kampaniyasına qoşulan abunəçilər şəbəkə daxili zənglərin bir dəqiqəsi üçün 4 qəpik, şəbəkə xarici zənglər üçün 6 qəpik ödəyəcəklər. Kampaniyaya qoşulmaq üçün abunəçilər mobil telefondan *222#1# nömrəsini yığmalıdırlar.

HədsizCIN kampaniyasına qoşulmaqla abunəçilər ölkə daxili bütün istiqamətlərə dəqiqəsi sadəcə 6 qəpik tarifi ilə zəng edə bilərlər. Abunəçilər öz mobil telefonlarından *999#1# nömrəsini yığmaqla kampaniyaya qoşula və çox sərfəli qiymətlə yüksək keyfiyyətli mobil ünsiyyətdən yararlana bilərlər. Hər iki kampaniya 3 ay ərzində 1 iyul 2011-ci il tarixdən - 30 sentyabr 2011-ci il tarixinə kimi davam edəcək.

HədsizCIN və QazanCIN kampaniyaları ilə yanaşı, Bakcell bu yaxınlarda "Yatma, danış" kampaniyasına başlayıb. Bu kampaniyaya qoşulan CİN abunəçiləri isti yay gecələrində saat 00:00-dan səhər saat 08:00-a qədər şəbəkədaxili zəngləri pulsuz etmək imkanı əldə ediblər.

Bakcell şirkətinin aş icraçı direktoru Riçard Şirer kampaniyalar haqqında bunları deyib: "Biz müştərilərimizin rahatlığı üçün daima yeni güzəştlər haqqında düşünürük. Müştərilərimizə təqdim etdiyimiz yeni kampaniyalar, daha çox ünsiyyətdə olmaq və eyni zamanda öz xərclərinə nəzarət etmək istəyən müştərilərimizə böyük dəyər verməyimizin daha bir bariz nümunəsidir. Bakcell abunəçiləri bir daha əmin ola bilərlər ki, biz Azərbaycan mobil rabitə bazarında ən sərfəli tariflər və kampaniyalar təklif edirik".

Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat almaq üçün, xahiş edirik, www.bakcell.com səhifəsinə daxil olun və ya 555-ə zəng edin.

Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555-ə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər

Xəbər lenti

Xəbər lenti