...

Azərbaycan Rabitə Nazirliyi dövlət başçısına regional innovasiya zonasının yaradılması ilə bağlı təkliflər paketi təqdim edəcək

Telekommunikasiya Materials 13 İyul 2011 13:42 (UTC +04:00)
Yaxın vaxtlarda Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Azərbaycanda regional innovasiya zonasının (RİZ) yaradılması ilə bağlı təkliflər paketini dövlət başçısına təqdim edəcək.
Azərbaycan Rabitə Nazirliyi dövlət başçısına regional innovasiya zonasının yaradılması ilə bağlı  təkliflər paketi təqdim edəcək

Azərbaycan, Bakı, 13 iyul /Trend, müxbir H.Vəliyev/

Yaxın vaxtlarda Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Azərbaycanda regional innovasiya zonasının (RİZ) yaradılması ilə bağlı təkliflər paketini dövlət başçısına təqdim edəcək. Trend-in məlumatına görə, bu barədə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2011-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında çıxışı zamanı bildirib.

Nazirin sözlərinə görə, ekspertlər qrupu və məsləhətçi şirkət tərəfindən hazırlanan sənədə ölkənin müvafiq strukturlarında baxılıb. Təkliflər paketi yenidən təhlil olunub. Orada daxili və xarici investisiyaların cəlb edilməsi və istehsal prosesinin stimullaşdırılması üçün sadələşdirilmiş metodlar da öz əksini tapıb.

Respublikda RİZ-in yaradılması İT sənayenin inkişafında prioritet istiqamət kimi müəyyən edilib. Azərbaycanda regional innovasiya zonası layihəsi kiçik və orta innovasiya sahibkarlığının inkişafı üçün texnoparkların, elekton avadanlıqların istehsalı və ixracı və proqram təminatı üzrə regional bazanın yaradılmasını, ölkənin effektiv tranzit informasiya mərkəzinə çevrilməsini, formalaşmaqda olan informasiya cəmiyyəti üçün insan resurslarının hazırlanması və inkişafını, müxtəlif sahələrdə informasiya texnologiyalarının tətbiqini nəzərdə tutur.

Abbasovun sözlərinə görə, bir çox beynəlxalq təşkilatların hesabatlarında göstərildiyi kimi, Azərbaycanda İKT-nin inkişaf dinamikası son 5-7 ildə birinci onluq ölkələri sırasındadır. Bu qiymətləndirmə və Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, hər üç ildə ölkəmizin İKT sektoru 2 dəfə genişlənir və bir çox ekspertlərin fikrincə, 2020-2025-ci illərdə İKT gəlirləri neft gəlirləri ilə müqayisə oluna bilər.

Xəbər lenti

Xəbər lenti