...

"Azerfon" "Catel" abonentlərinin öz şəbəkəsinə keçməsi üçün bütün şəraiti yaradıb

Telekommunikasiya Materials 20 İyul 2011 14:01 (UTC +04:00)
Azərbaycanın mobil rabitə operatoru "Azerfon" MMC "Catel" operatorunun şəbəkəsindən CDMA abonentlərinin miqrasiyası üçün bütün lazımi şəraiti yaradıb.
"Azerfon" "Catel" abonentlərinin öz şəbəkəsinə keçməsi üçün bütün şəraiti yaradıb

Azərbaycan, Bakı, 20 iyul /Trend, müxbir H.Vəliyev/

Azərbaycanın mobil rabitə operatoru "Azerfon" MMC "Catel" operatorunun şəbəkəsindən CDMA abonentlərinin miqrasiyası üçün bütün lazımi şəraiti yaradıb. Trend-in məlumatına görə, bu barədə "Azerfon" şirkətinin baş direktoru Yurqen Pits deyib.

Pitsin sözlərinə görə, prosesin indi başlamasını nəzərə alaraq, "Catel" şəbəkəsindən Azerfon şəbəkəsinə keçənlərin sayı o qədər də çox deyil.

"Catel" şəbəkəsi əvvəlki rejimdə işləməyə başlayan kimi, geriyə keçid məsələsi, "Azerfon" rəhbərinin sözlərinə görə, bilavasitə abonentin özündən asılı olacaq.

Bir müddət əvvəl şirkətdən Trend-ə deyildiyi kimi, CATEL operatorunun FONEX mobil şəbəkəsinin nömrələri "040" zona kodu ilə başlayan abonentləri "Azerfon" MMC şəbəkəsinə keçirlər. "Azerfon" şəbəkəsinə miqrasiya edən abonent əvvəllər istifadə etdikləri nömrələrin ardıcıllığını saxlamaqla yalnız zona kodunu dəyişəcəklər.

CATEL şəbəkəsində problemlər aprelin 1-dən başlayıb. Nəticədə bu, CDMA standartında işləyən telefon sahiblərinin ("417", "418" və "415" indeksli telefon nömrələri, eləcə də "040" zona kodu ilə başlayan Fonex mobil şəbəkə nömrələri) telefon şəbəkəsindən ayrılmasına gətirib çıxarıb. Şirkət bunu cihazlardakı nasazlıqlarla izah edib.

Bu gün CATEL operatoru şəbəkəsinin abonentlərinin ümumi sayı 70 minə yaxındır. Bunun təxminən 60 mini CDMA simsiz rabitə standartının abonentləridir.

Xəbər lenti

Xəbər lenti