...

Azərbaycan Milli Elmlər Akademiyası təhsil müəssisələrində Grid-seqmentinin tətbiqinə başlayır

Telekommunikasiya Materials 11 Avqust 2011 13:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 avqust /Trend, müxbir H.Vəliyev/

Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutu "EduGrid" layihəsi çərçivəsində təhsil müəssisələrində Grid-seqmentinin tətbiqinə başlayır. Bu barədə Trend-ə institutun Yüksək enerjilər laboratoriyasının müdiri Övsət Abdinov deyib.

Onun sözlərinə görə, hazırda institut tərəfindən Grid-texnologiyalar sahəsində elmi nəticələrin əldə edilməsini nəzərdə tutan platforma hazırlanıb. Grid-texnologiyalar formalaşdırılan virtual məkanın informasiya infrastrukturunun əsasını təşkil edir. Bu, layihə iştirakçısının hər birinə tezliklə Grid-əlavələrin yaradılmasında bacarıqlar qazanmağa, eləcə də məlumatların paylanmasının idarə edilməsi üçün Grid-mühitdən istifadə təcübəsi əldə etməyə imkan verəcək.

Grid-seqmentindən istifadə edəcək məktəblər institutun şəbəkəsi vasitəsilə onlayn rejimdə dünyada istənilən müəllimlə ünsiyyət qura, canlı mühazirələr, video-konfranslar və s. təşkil edə biləcəklər.

İlk növbədə Fizika İnstitutu Grid-seqmentinin Zərifə Əliyeva adına məktəbdə tətbiqini nəzərdə tutur.

Grid-seqmenti yüksəksürətli kopüter şəbəkəsi olmaqla resurslardan vahid şəkildə istifadə imkanına malikdir. Grid-in təhsil seqmentində olması təhsilin alınması prosesində məsafəli ünsiyyət üçün yeni imkanlar açacaq.

Xəbər lenti

Xəbər lenti