...

Azərbaycanın rabitə operatoru mobil CDMA xidmətini qurmağı planlaşdırır

Telekommunikasiya Materials 27 Avqust 2011 16:15 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 avqust /Trend, müxbir H.Vəliyev/

"Aztrank" şirkəti CDMA standartında mobil rabitə xidməti göstərməyə başlamağı planlaşdırır. Bu barədə Trend-ə şənbə günü "Aztrank" şirkətinin direktoru Əlixan Məmmədov deyib.

Məmmədovun sözlərinə görə, CDMA xidmətini qurmaq üçün şirkət ilin sonunadək Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə lisenziya almaqla bağlı müraciət etmək niyyətindədir.

Hazırda "Aztrank" "AzEuroTel" şirkətinin GPT istehsalı olan stansiyanın bazasında 437 indeksi ilə stasionar CDMA sismiz rabitə xidmətlərini göstərir.

Operatorun CDMA şəbəkəsi Bakı, Sumqayıt və Abşeron yarımadasının ərazisini əhatə edir. Perspektivdə şirkət şəbəkənin əhatəsini regional səviyyədə də genişləndirmək niyyətindədir.

Rabitə operatoru "AzEuroTel"in yenidən qurulması ilə əlaqədar mayın əvvəlindən avqustadək "Aztrank"ın fəaliyyəti müvəqqəti dayandırılmışdı. Şirkət işini avqustda yeni nizamnamə əsasında bərpa edib.

"Hazırda bizim abonent bazamız böyük deyil və istismarda cəmi 600 abonent nömrəsi var. Nömrə tutumu xidmətlərimizdən istifadə edənlərin sayı artdıqca çoxaldılır", - Məmmədov bildirib.

Məmmədovun sözlərinə görə, istifadəçi qurğularına gəldikdə, yaxın vaxtlarda Çinin "HuaweiTechnologies" şirkəti ilə telefon aparatlarının tədarükünə dair müqavilənin imzalanması gözlənilir.

Xəbər lenti

Xəbər lenti