...

Azərbaycanda genişzolaqlı çıxış bazarında qiymətlərin mərhələli azalması müşahidə olunur

Telekommunikasiya Materials 1 Sentyabr 2011 13:46 (UTC +04:00)
Ultel rabitə operatoru genişzolaqlı ADSL buraxılış qabiliyyətini və trafiki iki dəfə artırıb. Trend-in məlumatına görə, bu barədə cümə axşamı şirkətdən verilən məlumatda deyilir.
Azərbaycanda genişzolaqlı çıxış bazarında qiymətlərin mərhələli azalması müşahidə olunur

Azərbaycan, Bakı, 1 sentyabr /Trend, müxbir H.Vəliyev/

Ultel rabitə operatoru genişzolaqlı ADSL buraxılış qabiliyyətini və trafiki iki dəfə artırıb. Trend-in məlumatına görə, bu barədə cümə axşamı şirkətdən verilən məlumatda deyilir.

Yeni tariflər sentyabrın 1-dən qüvvəyə minəcək.

Seçilən tarif planından asılı olaraq, Ultel abonentlərinin qeyri-məhdud yüksəksürətli çıxışa görə xərcləri indi 1,5/1 Mbit/saniyə üçün 15 manatdan 14/1 Mbit/saniyə üçün 250 manatdək təşkil edəcək.

Tarif paketini dəyişmək istəyən istifadəçilər oktyabrın 1-dək şirkətin abonent şöbəsinə müraciət etməlidirlər.

Öz növbəsində, AlfaNet şirkəti sentyabrın 1-dən qeyri-məhdud çıxış paketləri üçün kanalın buraxılış qabiliyyətini artırıb. Bununla yanaşı, şirkət bütün hostinq-paketlər üzrə disk tutumunu iki dəfə artırıb. Xidmətlərin haqqını Webmoney, Paypal və Moneybookers ödəniş sistemləri vasitəsilə ödəmək olar.

Xəbər lenti

Xəbər lenti