...

"Azerspace"in tikintisi üçün kredit müqaviləsi imzalanıb

Telekommunikasiya Materials 2 Sentyabr 2011 15:46 (UTC +04:00)
Azərbaycan ABŞ-ın "US Ex-Im" və Fransanın "BNP Paribas" bankları ilə Azərbaycanın ilk telekommunikasiya peyki "Azerspace"in tikintisi üçün kredit müqaviləsi imzalayıb.
"Azerspace"in tikintisi üçün kredit müqaviləsi imzalanıb

Azərbaycan, Bakı, 2 sentyabr /Trend, müxbir H.Vəliyev/

Azərbaycan ABŞ-ın "US Ex-Im" və Fransanın "BNP Paribas" bankları ilə Azərbaycanın ilk telekommunikasiya peyki "Azerspace"in tikintisi üçün kredit müqaviləsi imzalayıb. Bu barədə cümə günü Trend-ə layihəyə yaxın mənbə bildirib. Peyk 2012-ci ilin sonunadək buraxılacaq.

116,6 milyon dollarlıq kredit Azərbaycana "US Ex-Im" tərəfindən "BNP Paribas"dan alınmış vəsait hesabına ayrılacaq.

"Azerspace" peykinin tikintisinin qiyməti 120 milyon dollardır, bunun 85 faizi Azərbaycan tərəfinə US Ex-Im tərəfindən kredit kimi təqdim olunacaq, qalan 15 faiz isə dövlət büdcəsindən ödəniləcək.

Kredit 10 il müddətinə ayrılacaq və iki il ərzində mənimsəniləcək.

"Azerspace"in istehsalçısı ABŞ-ın "Orbital Sciences Corporation" şirkətidir. Peyk Malayziyanın peyk operatoru "MEASAT" şirkətindən icarəyə götürülən 46 dərəcə şərq uzunluğu dairəsində yerləşəcək. Peykin orbitə yerləşdirilməsi ilə Fransanın "Arianspace" şirkəti məşğul olacaq.

Xəbər lenti

Xəbər lenti