...

Türkmənistan Azərbaycanın "Şərq-Qərb" supermagistralı layihəsində iştirak etməyə maraq göstərir

Telekommunikasiya Materials 6 Sentyabr 2011 18:59 (UTC +04:00)
Türkmənistan Azərbaycanın "Şərq-Qərb" informasiya supermagistralının tikintisi layihəsində iştirak etməyə maraq göstərir.
Türkmənistan Azərbaycanın "Şərq-Qərb" supermagistralı layihəsində iştirak etməyə maraq göstərir

Azərbaycan, Bakı, 6 sentyabr /Trend, müxbir H.Vəliyev/

Türkmənistan Azərbaycanın "Şərq-Qərb" informasiya supermagistralının tikintisi layihəsində iştirak etməyə maraq göstərir. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin məlumatında deyilir.

İdarənin məlumatına görə, bu məsələ çərşənbə axşamı nazir Əli Abbasovun Türkmənistanın Azərbaycandakı səfiri Toyli Komekovla görüşündə müzakirə olunan əsas mövzulardan biri olub.

Tərəflər həmçinin TransAsiya-Avropa optik lifli magistralın yerləşdirilməsi məsələsini müzakirə ediblər. Səfir layihənin müştərək həyata keçirilməsi üçün tərəflərin daha çox səy göstərəcəyinə əminliyini ifadə edib.

Eyni zamanda, iki ölkənin Aşqabadda "Türkməntel" və Bakıda "Bakutel-2011" sərgilərində rabitə idarələrinin və şirkətlərinin iştirakı da müzakirə edilib.

Hazırda iki tərəf arasında artan əməkdaşlıq fonunda müvafiq nazirliklər hökumətlərarası sazişin imzalanması üçün iş aparır.

"Şərq-Qərb" layihəsinin məqsədi Qərbi Avropa ilə Sakit okean hövzəsində ümumilikdə 20 ölkəni birləşdirərək, onlar arasındakı "məlumat uçurumu"nu aradan qaldırmaqdır.

Xəbər lenti

Xəbər lenti