...

Azərbaycan kiçik peyk proqramlarının inşası imkanlarını öyrənir

Telekommunikasiya Materials 15 Sentyabr 2011 15:12 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutu kiçik peyk proqramlarının inşası təcrübəsini və problemlərini öyrənir. Trend-in məlumatına görə, bu barədə institutun məlumatında deyilir.
Azərbaycan kiçik peyk proqramlarının inşası imkanlarını öyrənir

Azərbaycan, Bakı, 15 sentyabr /Trend, müxbir H.Vəliyev/

Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutu kiçik peyk proqramlarının inşası təcrübəsini və problemlərini öyrənir. Trend-in məlumatına görə, bu barədə institutun məlumatında deyilir.

Bu məsələlər sentyabrın 13-16-da Avstriyada BMT, Avstriya hökuməti və Avropa Kosmik Agentliyinin sabit inkişaf məqsədilə kiçikhəcmli peyklərin proqramlarının tətbiqi üzrə keçirilən III simpoziumunda nəzərdən keçirilir.

Azərbaycanı simpoziumda institutun direktoru Rasim Əliquliyev təmsil edir.

Simpoziumun gedişində kiçikhəcmli peyklərin proqramlarının maliyyələşdirilməsi və istifadəsi, tezliklərin bölüşdürülməsi və kosmik fəza, kosmik zibilin əmələ gəlməsi barədə xəbərdarlıq tədbirləri və digər mövzulara aid məsələlər öyrənilir. Həmçinin bu peyklərin qeydiyyatı və onlar üçün tezliklərin təyini məsələləri Beynəlxalq Telekommunikasiya İttifaqı ilə müzakirə olunur.

Azərbaycan orbitə iki peyk göndərməyə hazırlaşır. Birinci telekommunikasiya peyki olan "Azərspace" orbitə 2012-ci ilin sonunda buraxılacaq.

"Azerspace" peykinin istehsalçısı qismində ABŞ-ın "Orbital Sciences Corporation" şirkəti çıxış edir, peykin yerləşdiriləcəyi 46 dərəcə şərq uzunluğu orbital mövqe isə Malayziyanın MEASAT peyk operatorundan icarəyə götürülüb. Peykin orbitə çıxarılması ilə Fransanın "Arianspase" şirkəti məşğul olacaq.

İkinci peykə gəlincə, o, alçaqorbitli olacaq və ondan kartoqrafiya işləri, geoloji tədqiqatlar və sair işlərdə Yerin məsafədən qavranılması üçün istifadə olunacaq. Onun 2014-cü ildə orbitə göndərilməsi gözlənilir.

Xəbər lenti

Xəbər lenti