...

Azərbaycan "Yay Davosu"nda "Şərq-Qərb" informasiya supermagistralı layihəsini təqdim edib

Telekommunikasiya Materials 16 Sentyabr 2011 16:49 (UTC +04:00)
Əli Abbasov cümə axşamı Çində başa çatan 5-ci Dünya İqtisadi Forumu ("Yay Davosu") çərçivəsində "Şərq-Qərb" informasiya supermagistralının tikintisi layihəsini təqdim edib.
Azərbaycan "Yay Davosu"nda "Şərq-Qərb" informasiya supermagistralı layihəsini təqdim edib

Azərbaycan, Bakı, 16 sentyabr /Trend, müxbir H.Vəliyev/

Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov cümə axşamı Çində başa çatan 5-ci Dünya İqtisadi Forumu ("Yay Davosu") çərçivəsində "Şərq-Qərb" informasiya supermagistralının tikintisi layihəsini təqdim edib. Trend-in məlumatına görə, bu barədə cümə günü nazirliyin məlumatında deyilir.

BMT-nin 66-cı plenar iclası çərçivəsində "Şərq-Qərb" transmilli informasiya supermagistralının yaradılması üzrə Azərbaycanın təqdim etdiyi təşəbbüsün qəbul edilməsi optik-lif kabel magistralının Xəzər seqmentinin çəkilişi üzrə həll olunmamış bütün təşkilati məsələləri aradan qaldıracaq. BMT yoxsulluq səviyyəsinin aşağı salınmasına, iqtisadiyyatın səviyyəsinin artırılmasına istiqamətlənən və regionun inkişafı üçün lokomotiv rolunu oynayacaq layihəni alqışlayıb.

"Şərq-Qərb" layihəsi ümumilikdə 20 ölkəni birləşdirəcək və regionun inkişafı üçün mühüm rol oynayacaq. Layihənin həyata keçirilməsi Qərbi Avropa və Sakit okean hövzəsinə daxil olan ölkələr arasında "informasiya uçurumu"nu aradan qaldırmağa imkan verəcək.

Forumda keçirilən görüşlərdə Abbasov, əsasən, İKT sahəsində ikitərəfli əməkdaşlıq əlaqələrinin inkişafı və genişlənməsi, bu sahədə keçirilən beynəlxalq sərgilərdə qarşılıqlı iştirakın təmin olunması və mütəxəssislərin elmi mübadiləsinin aparılması, xarici şirkətlərin Azərbaycanın İKT sektoruna sərmayə qoyuluşunun təşviqini, habelə Azərbaycan şirkətlərinin beynəlxalq bazarlara çıxışı imkanlarını müzakirə edib.

Xəbər lenti

Xəbər lenti