...

Bakcell "MMS Göndər" müsabiqəsini elan edir

Telekommunikasiya Materials 16 Sentyabr 2011 19:26 (UTC +04:00)
Azərbaycanın mobil rabitə operatoru Bakcell fotoşəkil çəkmək həvəskarı olan müştəriləri üçün "MMS Göndər" müsabiqəsini elan edir.
Bakcell "MMS Göndər" müsabiqəsini elan edir

Azərbaycan, Bakı, 16 sentyabr /Trend/

Azərbaycanın mobil rabitə operatoru Bakcell fotoşəkil çəkmək həvəskarı olan müştəriləri üçün "MMS Göndər" müsabiqəsini elan edir. Bakcell-in əyləncəli "MMS Göndər" müsabiqəsində iştirak etməklə abunəçilər qiymətli hədiyyələr qazanmaq imkanı əldə edəcəklər.

Müsabiqədə bütün Bakcell abunəçiləri iştirak edə bilərlər. Müsabiqəyə qoşulmaq olduqca asandır: Bakcell abunəçiləri mobil telefonları vasitəsilə bir şəkildə mümkün qədər çox adamla kollektiv fotoşəkillərini çəkib MMS vasitəsilə 2882 nömrəsinə göndərməlidirlər. Müsabiqəyə sentyabrın 16-da start verilir və 60 gün ərzində, yəni 14 noyabr tarixinə qədər davam edəcək.

Müsabiqəyə istənilən qədər MMS şəkil göndərmək olar, bir şərtlə ki, onlar müsabiqənin şərtlərinə uyğun gəlsin. Müsabiqəyə təqdim olunmuş fotoşəkillər www.mms.bakcell.com / wap.mms.bakcell.com səhifələrində yerləşdiriləcək və Bakcell abunəçiləri bu səhifələrə daxil olub fotolara baxa və bəyəndikləri şəklə SMS vasitəsilə səs verə biləcəklər. Bunun üçün onlar istədikləri fotoşəkilin kodunu SMS vasitəsilə 2992 nömrəsinə göndərməlidirlər. 2882 nömrəsinə göndərilən hər bir MMS-in və 2992 nömrəsinə göndərilən hər bir SMS-in qiyməti 0.59 AZN (ƏDV daxil olmaqla) təşkil edir.

"MMS Göndər" Müsabiqəsinin qalibi SMS səsverməsi nəticəsində müəyyən ediləcək. Ən çox SMS səs toplayan fotoşəklin müəllifi əsas mükafat olan Dubaya 2 nəfərlik səyahət və Ipad 2-yə sahib olacaq. Bu o deməkdir ki, daha çox MMS göndərən iştirakçılar müsabiqənin əsas mükafatlarını qazanmaq üçün daha çox şans əldə edəcəklər.

Müsabiqə ilə bağlı daha bir şad xəbər odur ki, təkcə MMS göndərənlər deyil, səs verən abunəçilər də hədiyyə qazana biləcəklər. Müsabiqə boyunca SMS səsverməsi zamanı ən çox SMS göndərən abunəçilər hər həftə Netbuk, hər ay iPad2 və müsabiqənin finalında Macbook Air kimi qiymətli hədiyyələrə sahib olacaqlar.

Xəbər lenti

Xəbər lenti