...

Azərbaycan "Elektron hökumət" haqqında qanunun hazırlanması üçün dünya təcrübəsini öyrənir

Telekommunikasiya Materials 20 Sentyabr 2011 18:33 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 sentyabr /Trend, müxbir H.Vəliyev/

Azərbaycan "Elektron hökumət" haqqında qanun layihəsinin hazırlanması üçün qabaqcıl təcrübəni öyrənir. Trend-in məlumatına görə, bunu çərşənbə günü jurnalistlərə Azərbaycanın rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə deyib.

Vəlizadənin sözlərinə görə, əsas iş ondan ibarətdir ki, "Elektron hökumət"in nə olduğunu izah edən dəqiq terminologiya təyin olunacaq.

"Birinci növbədə, "Elektron hökumət" ilə bağlı əsas vəziyyətlər təyin olunacaq. Elektron xidmətin nə olduğu dəqiq ifadə olunacaq, hüquqi və təşkilati xüsusiyyətlər nəzərdən keçiriləcək. Həmçinin, məlumat yığımının və onların vətəndaşlara təqdim edilməsinin əsas prinsipləri təyin olunacaq, təhlükəsizlik və digər istiqamətlərlə bağlı məsələlər müzakirə olunacaq", - o deyib.

Onun sözlərinə görə, "Elektron hökumət" qanun layihəsi qabaqcıl dünya təcrübəsinə əsaslanacaq.

Hazırda dünyada "Elektron hökumət" haqqında qanunun qəbul edildiyi çox az ölkə (təqribən 7 ölkə) var. Bu ölkələrdən biri də Avstriyadır və Azərbaycan bu ölkənin təcrübəsini öyrənir.

Xəbər lenti

Xəbər lenti