...

"Bakcell" və "Opera Software" "Opera Mini"nin birgə variantını təqdim edirlər (FOTO)

Telekommunikasiya Materials 1 Dekabr 2011 17:01 (UTC +04:00)
"Bakcell" şirkəti dünyanın ən populyar mobil internet brauzeri olan "Opera Mini" proqramının yaradıcısı "Opera Software" ilə əməkdaşlığa başladığını elan edir.
"Bakcell" və "Opera Software" "Opera Mini"nin birgə variantını təqdim edirlər (FOTO)

Azərbaycan, Bakı, 1 dekabr /Trend/

Azərbaycanın mobil operatoru "Bakcell" şirkəti dünyanın ən populyar mobil internet brauzeri olan "Opera Mini" proqramının yaradıcısı "Opera Software" ilə əməkdaşlığa başladığını elan edir.

Şirkətdən cümə axşamı Trend-ə verilən məlumata görə, bu əməkdaşlıq çərçivəsində "Opera Software" "Bakcell" abunəçilərinə mobil telefon vasitəsilə internetdən daha sürətli və rahat istifadəni təklif edən "Opera Mini" brauzerinin xüsusi variantını hazırlayıb.

"Bakcell" abunəçiləri "Opera Mini" vasitəsilə daha rahat və sürətli mobil internetdən istifadə edə biləcək, bununla da öz büdcələrinə qənaət edəcəklər. "Opera Mini" brauzerindən istifadə zamanı internet səhifələri digər mobil brauzerlərlə müqayisədə daha tez yüklənir. Xüsusi olaraq mobil telefonlar üçün hazırlanmış "Opera Mini" brauzeri veb səhifələri sıxmaqla məlumat axınını 90%-dək azaldır və yüksəksürətli internetdən istifadə zamanı pula qənaət etmək imkanı yaradır. "Opera Mini" brauzeri 3000-dən artıq mobil telefon modeli və ən populyar mobil platformalar tərəfindən dəstəklənir.

"Bakcell" "Opera Mini" istifadəçilərinə 0,19 manata bir günlük və ya xüsusi kampaniya müddətində 1,99 manata aylıq limitsiz internet paketlərini təklif edir. Bakcell abunəçiləri öz mobil telefonlarından m.opera.com ünvanına daxil olub "Opera Mini" brauzerini yükləyə bilərlər. Xidmət "Blakberry" istifadəçiləri istisna olmaqla, bütün "Bakcell" abunəçiləri üçün nəzərdə tutulub. Müştərilər gündəlik və ya aylıq limitsiz internet paketini seçmək imkanına malikdirlər. Bunun üçün gündəlik və ya aylıq paketə müvafiq olan "1" və ya "30" kodunu 6464 nömrəsinə SMS vasitəsilə göndərmək kifayətdir.

"Opera" inanır ki, internetdən istifadə olduğu məkandan, istifadə etdiyi mobil cihazdan və gəlir səviyyəsindən asılı olmayaraq, hər bir insanın universal hüququdur. Məhz buna əsaslanaraq, biz "Opera Mini" brauzerini yaratmışıq", - deyən "Opera Software" şirkətinin baş icraçı direktoru Lars Boylsen həmçinin bildirib ki, "Opera" şirkəti böyük fəxr hissi ilə Azərbaycanın ilk mobil operatoru və ölkənin internet istifadəçilərinin sürətli və rahat internet xidmətləri ilə təchiz edilməsi üçün əlindən gələni edən "Bakcell" şirkəti ilə əməkdaşlıq edir.

"Bakcell"in baş icraçı direktoru Riçard Şirerin sözlərinə görə, ölkənin ilk və ən sürətlə inkişaf edən mobil operatoru "Bakcell" ən son texnologiyalar vasitəsilə öz müştərilərinə müasir xidmətlərin ən geniş çeşidini təqdim etməkdədir. "Biz ən rahat və limitsiz mobil internet xidmətlərini təklif etməklə müştərilərimizin gündəlik ünsiyyəti və məlumat mübadiləsinə müsbət təsir göstərmək niyyətindəyik. "Opera Mini" sayəsində abunəçilərimiz internet trafikinə sərf olunan pul barədə fikirləşməyəcəklər. Onlar istənilən vaxt və yerdə öz sevimli internet saytlarını izləyə, vacib elektron məktublarını göndərə və ya dostlarla ünsiyyət saxlaya biləcəklər. Biz Azərbaycanın ən dinamik mobil operatoru olaraq, abunəçilərimizə mobil internetin ən geniş və tam istifadə təcrübəsini təklif edirik", - Şirer deyib.

"Bakcell" və "Opera Mini" tərəfindən hazırlanmış limitsiz internet paketləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin.

Qeyri-"Bakcell" abunəçiləri isə 055 0000 555-ə zəng etməklə "Bakcell"in xidmətləri haqqında məlumat əldə edə bilərlər.

Xəbər lenti

Xəbər lenti