...

Rusiyanın axtarış sistemi Azərbaycan istifadəçiləri üçün pulsuz antivirus versiyası təqdim edib

Telekommunikasiya Materials 7 Dekabr 2011 15:46 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 dekabr /Trend, müxbir H.Vəliyev/

Rusiyanın axtarış sistemi "Yandeks" internetin Azərbaycan seqmentində öz istifadəçilərinə pulsuz lisenziya ilə atı ay müddətinə Kasperskinin "Yandeks" antivirus versiyasını təqdim edib. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü şirkətin yaydığı məlumatda deyilir.

İstifadə müddəti keçəndən sonra istifadəçilərə xüsusi şərtlərlə antivirusun tam versiyasını əldə etmək imkanı verilir.

Kasperskinin "Yandeks" antivirus versiyasını http://kaspersky.yandex.ru/ ünvanından yükləmək olar.

Lisenziya bir kompüteri müdafiə etməyə, "Yandeks" və "Kasperski Laboratoriyası"nın xüsusi təkliflərindən yalnız bir dəfə istifadə etməyə imkan verir.

Xəbər lenti

Xəbər lenti