...

"Azerfon" şirkətinin "Vodafone" ilə tərəfdaşlığı Nar Mobile brendini əhatə edəcək

Telekommunikasiya Materials 14 Mart 2012 14:06 (UTC +04:00)
Martın 14-dən etibarən "Azerfon"nun "Vodafone" şirkəti ilə apardığı tərəfdaşlıq həmçinin "Nar Mobile" brendini də əhatə edəcək.
"Azerfon" şirkətinin "Vodafone" ilə tərəfdaşlığı Nar Mobile brendini əhatə edəcək

Azərbaycan, Bakı, 14 mart /Trend, müxbir H.Vəliyev/

Martın 14-dən etibarən "Azerfon"nun "Vodafone" şirkəti ilə apardığı tərəfdaşlıq həmçinin "Nar Mobile" brendini də əhatə edəcək. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü "Azerfon"nun yaydığı məlumatda deyilir

"Nar Mobile"-ın müştəriləri bu tərəfdaşlıqdan faydalanmaq imkanını əldə edəcəklər, belə ki, milli bazarda tanınan "Nar Mobile" brendi dünya miqyaslı "Vodafone" brendi ilə bir araya gələrək, "Nar Mobile" ilə "Vodafone" məhsul və xidmətlərini bazarda birgə reallaşdıracaqlar. "Azerfon" şirkəti "Vodafone"-nun dünya miqyasında özünü doğrultmuş münasib təcrübəsindən istifadə edərək, bu tərəfdaşlıqdan artıq əhəmiyyətli dərəcədə bəhrələnə bilib. "Azerfon"-un baş icraçı direktoru Yurqen Pits bildirmişdir: "Biz öz müştərilərimizə Avropa standartlarına uyğun xidmət göstəririk - hər bir şəxs fərdi təhlükəsizlik və müştəriyə xidmət işində ən yüksək dərəcədə qayğını duymalıdır".

"Azerfon" ilə "Vodafone" arasında 2009-cu ildə imzalanmış Tərəfdaşlıq haqqında Saziş Azərbaycanda mobil rabitənin inkişafında yeni mərhələyə çevrildi. Həmin tərəfdaşlıq sayəsində "Nar Mobile"-ın müştəriləri 120-dən artıq ölkədə səsli və məlumat rouminq xidmətlərindən istifadə etmək imkanını əldə edəcəklər. Telefon nömrələri 070 və 077 kodları ilə başlayan bütün müştərilər eyni xidmət və tariflərdən istifadə edəcəklər və eyni şəbəkə vasitəsilə xidmətlərdən yararlanacaqlar.

"Nar Mobile", sözün əsl mənasında, Azərbaycanda 3G xidmətlərini təqdim edən, o cümlədən video zəng, yüksək sürətlə məlumatların ötürülməsi, təkmil səs keyfiyyəti və 2012-ci ildə geniş şəbəkə əhatəsi və imkanlara malik olacaq ilk şirkətdir.

Saniyədə 384 kb sürətlə məlumatları ötürən 3G texnologiyasından fərqli olaraq, "Nar Mobile" şəbəkəsi müştərilərə saniyədə 14.4 mb qədər yüksək sürətli ötürülmədən faydalanmaq imkanını yaradacaq. 2011-ci il ərzində, "Nar Mobile" şəbəkənin geniş şəkildə genişləndirilməsi və müasirləşdirilməsinə 80 milyon ABŞ dollardan artıq sərmayə qoymuşdur və bunun nəticəsində, Azərbaycanın bütün şəhər və rayonları 3G şəbəkəsi ilə əhatə olunacaqdır. Ən qabaqcıl operator olan "Nar Mobile" həmçinin bəyan etmişdir ki, "Nar Mobile" müştəriləri bu yaxınlarda mobil rabitə xidmətlərindən, o cümlədən "Azərbaycan Hava Yolları" şirkətinin uçuşları zamanı səsli zəng, SMS və internet tam şəkildə istifadə edə biləcəklər.

"Nar Mobile"-ın məhsulları barədə əlavə məlumat üçün lütfən aşağıdakı sayta daxil olun www.narmobile.az

Xəbər lenti

Xəbər lenti