...

Azərbaycan Mərkəzi Bankının sisteminə poçt operatorunun 649 filial və şöbəsi qoşulub

Telekommunikasiya Materials 14 Mart 2012 20:48 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 mart /Trend, müxbir H.Vəliyev/

Azərbaycan Mərkəzi Bankının (AMB) kütləvi ödənişlər üzrə mərkəzləşdirilmiş informasiya sisteminə (KÖMİS) "Azərpoçt" poçt operatorunun 649 filial və poçt şöbəsi qoşulub. Trend-in məlumatına görə, bu barədə "Nazirlər Kabinetinin 2011-ci ildə fəaliyyəti haqqında hesabat"da deyilir.

AMB-nin sisteminə qoşulan poçt operatorunun filial və şöbələrinin ümumi sayından 522 ədədi regionlarda yerləşir.

Yanvarın 1-nə olan məlumata görə, AMB əhaliyə maliyyə xidmətləri göstərmək üçün 63 poçt filialı və 867 poçt şöbəsinə icazə verib.

"Azərpoçt"un planlarına əsasən, KÖMİS sisteminə 1200 filial və şöbənin qoşulması nəzərdə tutulur.

Rabitə xətlərinin çəkilmə imkanı mümkün olmayan ucqar ərazilərdə yerləşən poçt şöbələri korporativ şəbəkəyə peyk rabitəsindən istifadə etməklə qoşulur.

Poçt operatoru əhaliyə maliyyə xidmətləri göstərmək üçün bütün hüquqlara malikdir və bu gün operatora AMB-nin lisenziyası əsasında bütün bank əməliyyatlarının (kreditlərin verilməsi xaric) aparılmasına icazə verilib.

Xəbər lenti

Xəbər lenti