...

"Nar Mobile" Novruz ərəfəsində xalqı sevindirməkdə davam edir

Telekommunikasiya Materials 23 Mart 2012 11:59 (UTC +04:00)
Hər il olduğu kimi bu il də "Nar Mobile" Novruz günləri ərəfəsində abunəçilərə bol-bol sürprizlər təqdim edir.
"Nar Mobile" Novruz ərəfəsində xalqı sevindirməkdə davam edir

Azərbaycan, Bakı, 23 mart /Trend /

Hər il olduğu kimi bu il də "Nar Mobile" Novruz günləri ərəfəsində abunəçilərə bol-bol sürprizlər təqdim edir.

"Nar Mobile" mobil operatoru yaranması günü və Novruz bayramı münasibətilə paytaxt sakinləri üçün hədiyyələri təqdim etməkdə davam edir. "Limitsiz Şəbəkədaxili" tarifi bütün Nar abunəçiləri ilə sərhədsiz danışmaq imkanıdır. Bu tarif çərçivəsində gündəlik olaraq 24 qəpik ödəməklə şəbəkədaxili 300 dəqiqə və ya 5 saat danışıq vaxt əldə etmək olar. Misilsiz endirim ay ərzində isə, sizlərə 9000 min dəqiqə və ya 150 saat danışıq vaxtı verir. Təqdim olunan şəbəkədaxili bonus dəqiqələri bitdikdə, sonrakı şəbəkədaxili zənglərin bir dəqiqəsi üçün 5 qəpik çıxılır, şəbəkədaxili bonus SMS-lər bitdikdə, sonrakı hər SMS üçün 3 qəpik çıxılır. Tarifə 50% endirim nəticəsində ödəniş 0,48 qəpikdən 0,24 qəpiyə qədər düşmüş, danışıq dəqiqəsi isə 100 dəqiqədən 300 dəqiqəyə qədər yüksəldilmişdir.

"Nar Mobile" brendi ilə ilə tanınan Azerfon telekommunikasiya şirkəti 2007-ci ildə fəaliyyətə başlamışdır, və hazırda ölkənin innovativ və şəffaf telekommunikasiya şirkətidir. Azerfon şirkətinin şəbəkəsi hazırda Azərbaycanın 80% əhatə edir və yüksək səviyyəli rabitə xidmətlərinin təqdim olunması məqsədilə ölkəyə üçüncü nəsil şəbəkəsini 3G texnologiyasına əsaslanan xidmətləri tətbiq edir.

Xəbər lenti

Xəbər lenti