...

Azərbaycan təhsildə İKT-nin tətbiqi üzrə Şərqi və Mərkəzi Avropa ölkələri arasındadır

Telekommunikasiya Materials 28 Mart 2012 11:58 (UTC +04:00)
Azərbaycan təhsildə İKT-nin tətbiqi səviyyəsinin göstəriciləri üzrə Şərqi və Mərkəzi Avropa ölkələri arasında mövqe tutur.
Azərbaycan təhsildə İKT-nin tətbiqi üzrə Şərqi və Mərkəzi Avropa ölkələri arasındadır

Azərbaycan, Bakı, 28 mart / Trend, müxbir H.Vəliyev/

Azərbaycan təhsildə İKT-nin tətbiqi səviyyəsinin göstəriciləri üzrə Şərqi və Mərkəzi Avropa ölkələri arasında mövqe tutur. Trend-in məlumatına görə, bu barədə Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov çərşənbə günü "Tələbə-məzun dövlət elektron informasiya sistemi"nin təqdimatı zamanı bildirib.

"Bu, respublikada İKT sektorunun ümumi inkişafı fonunda baş verir. Əgər nəzərə alsaq ki, Azərbaycanda internetin nüfuz səviyyəsi 65 faiz təşkil edir, bunun 30 faizi genişzolaqlı çıxışın payına düşür, o zaman bu rəqəm dünyadakı orta göstəricini 2-2,5 dəfə qabaqlayır", - nazir deyib.

Onun sözlərinə görə, Azərbaycanda İKT-nin inkişafında "elektron hökumət" sisteminin qurulmsı və geniş tətbiqi layihəsi nəzərəçarpacaq rol oynayıb. Sistem dövlət sektorunun cəmiyyətlə qarşılıqlı əlaqəsinin şəffaflığını təmin edib.

Abbasov 2020-ci ilədək inkişaf strategiyasının hazırlanması sahəsində görülən işlərdən də danışıb. Onun çərçivəsində Azərbaycanın ÜDM-nin qeyri-neft sektorunun sayəsində iki dəfə artacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti