...

Azərbaycanda təhsil sahəsində elektron imzaların tətbiqi tələbatın kütləviliyindən asılıdır – TQDK

Telekommunikasiya Materials 28 Mart 2012 16:08 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 mart /Trend, müxbir H.Vəliyev/

Qəbul imtahanlarında iştirak etmək üçün abituriyentlər tərəfindən sənədlərin təqdim olunması zamanı elektron imzalardan istifadəyə tam keçid buna kütləvi tələbat olacağı halda mümkündür. Bu barədə çərşənbə günü Trend-ə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bildirib.

Abbaszadənin sözlərinə görə, elektron imzalardan istifadə etmək üçün ilk növbədə onun alınması prosedurunu keçmək lazımdır ki, bu da mahiyyət etibarilə, o cümlədən maliyyə baxımından kifayət qədər mürəkkəb prosesdir.

"Bu gün abituriyentlər arasında onun alınmasına və birdəfəlik istifadəsinə tələbat yoxdur. Eyni zamanda, biz bu məsələlər üzərində düşünürük. Variantlardan biri sırasına, məsələn, sənədlərin elektron imza almış məktəblər vasitəsilə təsdiqlənmə mümkünlüyünü daxil etmək olar", - Abbaszadə deyib.

TQDK elektron imzaları ilk növbədə zəruri sənədləri elektron formatda təsdiqləmək imkanına malik olmaq məqsədilə abituriyentlərin rahatlığı üçün tətbiq etmək fikrindədir.

Bununla yanaşı, elektron xidmətlərin tətbiqi paralel həyata keçirilir. Yəni Komissiya əvvəlcə kağız daşıyıcıların istifadəsindən imtina etməyəcək.

"Qəbul sənədlərinin verilməsi zamanı bilavasitə elektron imzaların tətbiqinə gəldikdə, ondan istifadəyə tələbatçıların sayının 50-60 min nəfərə çatacağı halda tam keçmək mümkündür", - Abbaszadə deyib.

Dövlət Komissiyasının sədri elektron imzalardan istifadənin tələb olunmayacağını da istisna etməyib. Onun fikrincə, bu, TQDK-nin şagirdin müvəffəqiyyət dərəcəsi və başqa lazımi məsələlər barədə məlumatları əldə etmək üçün Təhsil Nazirliyinin məlumat bazasına çıxış əldə edəcəyi zaman mümkün olaçaq.

Hazırda Təhsil və Rabitə və İnformasiya Texnologiyaları nazirlikləri tərəfindən bu sahədə iş aparılır.

Xəbər lenti

Xəbər lenti