...

Azərbaycanın poçt operatoru daha bir sığortaçı ilə saziş imzalayacaq

Telekommunikasiya Materials 13 Aprel 2012 10:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 aprel / Trend, müxbir H.Vəliyev /

Azərbaycanın poçt rabitəsi operatoru "Azərpoçt" "AzərSığorta" dövlət kommersiya sığorta şirkəti ilə öz şəbəkəsində onun xidmətlərinin açılması haqqında saziş imzalamağa hazırlaşır. Bu barədə Trend-ə cümə günü "Azərpoçt"dan xəbər verilib.

"Poçt operatorunun filial şəbəkəsində bu sığortaçının xidmətlərinin açılması haqqında danışıqlar başa çatmaq üzrədir. Müqavilənin yaxın vaxtlarda imzalanacağı gözlənilir", - "Azərpoçt"dan deyiblər.

Hazırda "Azərpoçt" şəbəkəsində "Atəşgah Siğorta" və "Ata Sığorta" şirkətlərinin xidmətlərindən istifadə etmək mümkündür.

"Azərpoçt"un poçt filialları və şöbələri vasitəsilə könüllü və icbari sığorta üzrə xidmətlər göstərilir.

Sığorta şirkətləri ilə əməkdaşlıqda "Azərpoçt" sığortaçıların agenti kimi çıxış edir ki, bu da həm operator, həm də sığortaçılar üçün əlverşlidir.

Poçt operatoru göstərilən xidmətlərin spektrini genişləndirir, "Azərpoçt"un şaxələnmiş şəbəkəsi vasitəsilə sığorta şirkətlərinin xidmətlərdən bütün əhalinin istifadəsini mümkün edir.

Azərbaycanın poçt operatoru bütün ölkə ərazisində 1600 filial şəbəkəsinə malikdir.

Xəbər lenti

Xəbər lenti