...

Azərbaycan Elmlər Akademiyası İKT sahəsində izahlı lüğət nəşr etdirib

Telekommunikasiya Materials 5 İyun 2012 14:04 (UTC +04:00)
"İnformasiya-kommunikasiya texnologiyaları üzrə ingiliscə-rusca-azərbaycanca izahlı lüğət" işıq üzü görüb.
Azərbaycan Elmlər Akademiyası İKT sahəsində izahlı lüğət nəşr etdirib

Azərbaycan, Bakı, 5 iyun /Trend, müxbir H.Vəliyev/

"İnformasiya-kommunikasiya texnologiyaları üzrə ingiliscə-rusca-azərbaycanca izahlı lüğət" işıq üzü görüb. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunun məlumatında deyilir.

Akademik Əli Abbasovun rəhbərliyi altında ərsəyə gəlmiş yeni nəşrin müəllifləri S.Kərimov, N.Rəhimova, N.Vəliyev, T.İbrahimzadə və N.Cəfərovdur.

Lüğətdə İKT sahəsində istifadə olunan 12 min termin əhatə edilib. Sözügedən sahənin bütün istiqamətləri - kompyuter texnikası, kommunikasiya vasitələri, alqoritmləşdirmə və proqramlaşdırma, sistem və tətbiqi proqram təminatı, əməliyyat sistemləri, informasiya sistemləri, verilənlərin operativ analizinə yönəlmiş sistemlər, süni intellekt sistemləri, informasiya təhlükəsizliyi, kompyuter şəbəkələri, İnternet şəbəkəsi üzrə ingiliscə-rusca-azərbaycanca terminlər toplanıb və onların Azərbaycan dilində izahı verilib.

Terminoloji lüğət İKT sahəsində çalışan mütəxəssislər, müəllimlər, tələbələr, magistrlar, doktorantlar, proqramçılar və tərcüməçilər üçün nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti