...

Nar Mobile-dan futbolsevərlər üçün Avro-2012 həyacanı

Telekommunikasiya Materials 8 İyun 2012 16:29 (UTC +04:00)
Nar Mobile öz abunəçilərini yenidən sevindirir. Şirkət qarşıdan gələn 2012-ci il futbol üzrə Avropa çempionatı çərçivəsində keçiriləcək bütün oyunların nəticələri barədə abunəçilərini oyunlar bitdikdən dərhal sonra məlumatlandıracaq.
Nar Mobile-dan futbolsevərlər üçün Avro-2012 həyacanı

Azərbaycan, Bakı, 8 iyun /Trend/

Nar Mobile öz abunəçilərini yenidən sevindirir. Şirkət qarşıdan gələn 2012-ci il futbol üzrə Avropa çempionatı çərçivəsində keçiriləcək bütün oyunların nəticələri barədə abunəçilərini oyunlar bitdikdən dərhal sonra məlumatlandıracaq.

Şirkətdən cümə günü Trend-ə verilən məlumata görə, futbolsevərlər adıçəkilən xidməti aktivləşdirdikdən sonra oyunların nəticələri barədə hər oyun bitdikdən 3 dəqiqə sonra SMS vasitəsilə xəbərdar olunacaqlar. Xidməti aktivləşdirmək üçün ON EURO yazıb 2012 nömrəsinə SMS göndərmək lazımdır.

Azərbaycanda və Nar Mobile abunəçiləri arasında futbol üzrə Avropa çempionatını çox adam səbirsizliklə gözləyir. Hər zaman abunəçilərinin maraqlarını nəzərə alan Nar Mobile da bu futbol bayramı zamanı abunəçilərinin rahatlığı üçün bu xidməti təqdim edir.

Qeyd edək ki, "Euro Cup 2012" xidmətini aktivləşdirmə haqqı 1 manatdır və xidmət çərçivəsində daxil olan bütün mesajlar pulsuzdur.

Xəbər lenti

Xəbər lenti