...

Azərbaycanın kabel televiziya operatoru yeni xidmətlərə başlayır

Telekommunikasiya Materials 12 İyun 2012 12:43 (UTC +04:00)
Azərbaycanın kabel televiziya operatoru KATV1 öz şəbəkəsinin abunəçiləri üçün yeni xidmətlərə başlamaq məqsədilə yeni avadanlığın quraşdırılmasına start verib.
Azərbaycanın kabel televiziya operatoru yeni xidmətlərə başlayır

Azərbaycan, Bakı, 12 iyun /Trend/

Azərbaycanın kabel televiziya operatoru KATV1 öz şəbəkəsinin abunəçiləri üçün yeni xidmətlərə başlamaq məqsədilə yeni avadanlığın quraşdırılmasına start verib. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı şirkətin yaydığı məlumatda deyilir.

Şirkətin bu istiqamətdə həyata keçirdiyi işlər bilavasitə yayımın keyfiyyətinə, internet xidmətlərin yaxşılaşdırılmasına və ödənişin asan üsullarının təmin edilməsinə təsir edəcək.

KATV1 şirkəti Bakı və Xırdalanda şəbəkəsinin əhatəsini genişləndirməklə ən müasir texnologiyalardan istifadə edir. Şirkət Gəncə və Mingəçevir şəhərlərində də abunəçilərə xidmətlər göstərir.

Xəbər lenti

Xəbər lenti