...

"Bakcell" Azərbaycan Diplomatik Akademiyası ilə əməkdaşlığa başlayıb

Telekommunikasiya Materials 12 İyun 2012 12:07 (UTC +04:00)
Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi "Bakcell" şirkəti Azərbaycan Diplomatik Akademiyası (ADA) ilə əməkdaşlığa başladığını elan edir.
"Bakcell" Azərbaycan Diplomatik Akademiyası ilə əməkdaşlığa başlayıb

Azərbaycan, Bakı, 12 iyun /Trend/

Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi "Bakcell" şirkəti Azərbaycan Diplomatik Akademiyası (ADA) ilə əməkdaşlığa başladığını elan edir.

Şirkətdən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, bu yaxınlarda "Bakcell" əməkdaşları ADA tərəfindən təşkil olunmuş "İşçi seçimi üçün müsahibələrin keçirilməsi" mövzusunda təlimdə iştirak ediblər.

Təlim ABŞ-nın kadrlar və xüsusilə işə qəbul üzrə aparıcı mütəxəssislərindən olan Daniel Nagi tərəfindən keçirilib. Burada iştirakın əsas məqsədi çoxlu sayda insanın işə qəbulu zamanı müsahibə prosesində yaxından iştirak edən "Bakcell" əməkdaşlarının kritik idarəetmə bacarıqlarının təkmilləşdirilməsi olub.

Təlim sonradan özünü "səmərəsiz işçi" kimi göstərən əməkdaşların işə qəbuluna yol verilməməsi və yüksək göstəricilər nümayiş etdirən əməkdaşların seçilməsi baxımından "Bakcell" üçün faydalı olacaq. Şirkətin Korporativ Satış, Maliyyə, Kadrlar, Əsas Şəbəkə, Xidmət və Məhsulların İnkişaf etdirilməsi, Giriş Şəbəkəsi, Pərakəndə Satış və Distribüsiya, Marketinq və Müştəri Xidmətləri şöbələrinin 10 nəfər əməkdaşı "real namizəd"in seçilməsinə dair müvafiq vasitə və üsulları əldə etmək haqqında biliklərini möhkəmləndiriblər. Bu sistem seçim prosesində birbaşa iştirak edən kadrlar üzrə mütəxəssislər və rəhbərlər tərəfindən istifadə olunur. İştirakçılara dünyada tanınmış şirkətlərin ideya və təcrübələri haqqında geniş məlumat verilir.

Öz əməkdaşlarını daim müxtəlif təlim və inkişaf imkanları ilə təmin edən "Bakcell" şirkəti, işçilər üçün yararlı ola bilən Strategiya, Dəyişikliyin idarə edilməsi, Layihənin idarə edilməsi, Marketinq, Kadrlar, Maliyyə və Kommunikasiya kimi sahələrdə də ADA ilə öz əməkdaşlığını davam etdirəcək. Gələcəkdə "Bakcell" şirkətin əməkdaşları üçün müvafiq xüsusi təlimlərin təşkil edilməsinə dair xüsusi tələblər siyahısını təlimlərini həyata keçirən şirkətə təqdim edəcək.

"Bakcell" şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. "Bakcell" Sür@ ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G mobil internet xidməti göstərir.

Ölkənin qeyri-neft sektorunun ən iri investorlarından biri olan "Bakcell" ən son texnologiyalar və abunəçilərinə xidmət edən insan resursları vasitəsilə Azərbaycan iqtisadiyyatına böyük həcmdə sərmayə yatırmaqda davam edir.

"Bakcell"in şəbəkəsi ölkə əhalisinin 99 faiz, ölkə ərazisinin 92 faizini (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan şirkət, Sür@ xidməti və yeni tərəfdaşlıqları vasitəsilə Azərbaycan əhalisini ən yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir. 257 pərakəndə satış nöqtəsi və həftənin 7 günü, günün 24 saatı fəaliyyət göstərən 7 Müştəri Xidmətləri Mərkəzində istifadəçilərə ən üstün müştəri təcrübəsi təklif olunur.

Xəbər lenti

Xəbər lenti