...

"Nexus" şirkəti "Nə? Harada? Nə vaxt?" çempionatının qaliblərini dəstəkləyib

Telekommunikasiya Materials 12 İyun 2012 15:32 (UTC +04:00)
İyunun 9-da Gənclər və İdman Nazirliyinin dəstəyi ilə "ParkInn" mehmanxanasında "Nə? Harada? Nə vaxt?" oyunu üzrə Azərbaycan çempionatı keçirilib.
"Nexus" şirkəti "Nə? Harada? Nə vaxt?" çempionatının qaliblərini dəstəkləyib

Azərbaycan, Bakı, 12 iyun /Trend/

İyunun 9-da Gənclər və İdman Nazirliyinin dəstəyi ilə "ParkInn" mehmanxanasında "Nə? Harada? Nə vaxt?" oyunu üzrə Azərbaycan çempionatı keçirilib.

Trend-in məlumatına görə, çempionatda Azərbaycanın bütün regionlarından olan 40 ən güclü komanda iştirak edib. Onlar gün ərzində Azərbaycanı bu ilin sentyabr ayında Saransk şəhərində (Rusiya Federasiyası) keçiriləcək dünya çempionatında təmsil etmək hüququ uğrunda mübarizə aparıblar.

"Nexus" şirkəti hər zaman ölkədə olan gənclərin inkişafını dəstəkləyərək, bu dəfə də çempionatın əsas sponsorlarından biri kimi çıxış edib.

Birinci yeri Balaş Qasımovun komandası tutub, bununla yanaşı, onlar dünya çempionatına vəsiqə qazanıblar. Qələbəyə görə "Nexus" şirkəti Balaş Qasımovun komandasına 37 düymlu "Nexus LCD" televizoru hədiyyə edib.

İkinci yeri Faiq Hüseynovun komandası tutub. Onlara 32 düymlu "Nexus LCD" televizoru hədiyyə olunub. Üçüncü yeri isə Nigar İbrahimovanın "Fil boa ilanın cəngində" maraqlı adı olan komandasına isə 26 düymlu "Nexus LCD" televizoru hədiyyə olunub.

Çempionat "Nə? Harada? Nə vaxt?" Beynəlxalq Klublar Assosiasiyasının lisenziyası üzrə keçirilib. Çempionatın aparıcısı məşhur şəxs Sergey Abramov oyunda rəqabət, ruhyüksəkliyi və emosional qızğınlıq yaradıb. Apelyasiya jüri heyətinə "Nə? Harada? Nə vaxt?" televiziya klubunun məşhur şəxsləri Aleksandr Druz, Boris Burda, Maksim Potaşov daxil idi. Çempionatın təşkilat komitəsindən bildirildiyi kimi, indi oxşar oyunlar hər il keçiriləcək.

Xəbər lenti

Xəbər lenti