...

"Azercell U-17 Liqası" çempionatının qalibləri mükafatlandırılıb

Telekommunikasiya Materials 12 İyun 2012 17:05 (UTC +04:00)
Bu gün Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) mərkəzi qərargahında "Azercell U-17 Liqası" çempionatının qaliblərinin təltifetmə mərasimi keçirilib.
"Azercell U-17 Liqası" çempionatının qalibləri mükafatlandırılıb

Azərbaycan, Bakı, 12 iyun /Trend/

Bu gün Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) mərkəzi qərargahında "Azercell U-17 Liqası" çempionatının qaliblərinin təltifetmə mərasimi keçirilib.

Trend-in məlumatına görə, uşaqlar arasında keçirilən bu yarışma "Azercell Telekom" MMC ilə AFFA arasında mövcud olan əməkdaşlıq çərçivəsində mobil operatorun dəstəyi ilə baş tutub. 2011-2012-ci illəri əhatə edən çempionatda 26 tur oyunlarında 14 komanda iştirak edib. Finalda "İnter" komandası 1-ci, "Qarabağ" komandası isə 2-ci yerə çıxıb. Təqdimat mərasimində "Ən məhsuldar oyunçu" və "Ən yaxşı oyunçu" nominasiyaları üzrə qaliblər, həmçinin, final görüşündə iştirak etmiş komandalar "Azercell Telekom" MMC tərəfindən mükafatlandırılıb.

Qeyd edək ki, MMC ilə AFFA arasında əməkdaşlığın təməli 2009-cu ildən qoyulub. Bu müddət ərzində "Azercell" Azərbaycan futbolu, xüsusilə də uşaq futbolunun inkişafına yönələn bir sıra layihələri reallaşdırıb. Azərbaycanı dünyada tanıtmaq uğrunda bir çox layihələrə imza atan "Azercell" milli futbolumuzun gücləndirilməsinə və peşəkar futbolçuların yetişdirilməsinə dəstək verməkdə davam edir.

Xəbər lenti

Xəbər lenti