...

Azərbaycan Maliyyə Nazirliyi bütün növ xidmətləri elektron qaydada həyata keçirir

Telekommunikasiya Materials 13 İyun 2012 17:31 (UTC +04:00)
Azərbaycan Maliyyə Nazirliyi səlahiyyətlərinə aid olan bütün növ xidmətləri elektron qaydada həyata keçirir.
Azərbaycan Maliyyə Nazirliyi bütün növ xidmətləri elektron qaydada həyata keçirir

Azərbaycan, Bakı, 13 iyun /Trend/

Azərbaycan Maliyyə Nazirliyi səlahiyyətlərinə aid olan bütün növ xidmətləri elektron qaydada həyata keçirir.

Nazirliyin mətbuat xidmətindən çərşənbə günü Trend-ə verilən məlumata görə, Maliyyə Nazirliyində elektron hökumət xidmətləri dövlət büdcəsinin layihəsinin tərtibatı, dövlət büdcəsinin icrasına dair hesabatların təqdim olunması və baxılması, bələdiyyələr tərəfindən təqdim edilən məlumatlar və göstəricilər, sığorta fəaliyyəti, qiymətli metallar və qiymətli daşlar ilə bağlı fəaliyyət, ciddi hesabat blanklarının hazırlanması, o cümlədən maliyyə və statistik hesabatların qəbulu üzrə formalaşmaqdadır.

Elektron xidmətlər bölməsi Maliyyə Nazirliyinin www.maliyye.gov.az rəsmi internet səhifəsində fəaliyyət göstərir.

Nazirliyin göstərdiyi elektron xidmətlərə "Dövlət Xəzinədarlığı Agentliyində Azərbaycan Respublikası dövlət büdcəsinin icrasına dair hesabatların təqdim olunması və baxılması", "Bələdiyyələr tərəfindən təqdim edilən rüblük maliyyə məlumatları və göstəriciləri", "Sığorta fəaliyyətlərinə lisenziya almaq üçün müraciət", "Hüquqi və fiziki şəxslərə qiymətli metallar və qiymətli daşlar ilə bağlı fəaliyyət üçün xüsusi razılığın (lisenziya) verilməsi", "Hüquqi və fiziki şəxslərə ciddi hesabat blanklarının hazırlanması üçün xüsusi razılığın (lisenziya) verilməsi", "Qeyri-hökumət, büdcə və komersiya təşkilatların maliyyə hesabatların qəbulu", "Qiymətli metallar və qiymətli daşlar ilə bağlı fəaliyyətin statistika hesabatı" və "Ciddi hesabat blanklarının hazırlanması ilə bağlı fəaliyyətin statistika hesabatı" kimi bloklar daxildir.

Bundan başqa, nazirliyin Dövlət Xəzinədarlığı Agentliyində Azərbaycan Respublikası dövlət büdcəsinin icrasına dair hesabatların təqdim olunması və baxılması da elektron qaydada aparılır. Həmin hesabatların Maliyyə Nazirliyinin rəsmi internet saytı vasitəsilə qəbul olunması məqsədilə tətbiq olunan proqram təminatında təşkilatlara elektron sənəd mübadiləsi üçün istifadəçi kodunun, birdəfəlik giriş üçün şifrənin verilməsi, hesabat formalarının yüklənməsi, doldurulması və göndərilməsi, göndərilmiş hesabatların baxılması və qəbulu mərhələlərinin izlənilməsi, hesabatların qəbulu ilə bağlı yaranan suallar üzrə yazışmaların aparılması, elektron sənədlərin beynəlxalq standartlara uyğun təhlükəsizlik sertifikatı ilə şifrələnməsi və s. nəzərdə tutulub.

Təşkilatlar hesabat göstəricilərini Maliyyə Nazirliyinin www.maliyye.gov.az rəsmi internet səhifəsinin "Dövlət Xəzinədarlığı Agentliyi" bölməsində yerləşdirilmiş iş yerindən göndərməlidirlər.

Maliyyə Nazirliyi həmçinin, xəzinədarlığın idarə edilməsinin avtomatlaşdırılmış informasiya sistemini respublika miqyasında geniş tətbiq edir. Belə ki, bütün rayon, şəhər xəzinədarlıq idarələri Baş Dövlət Xəzinədarlığı ilə birbaşa fiber-optik kabel və peyk sistemi ilə əlaqələndirilib və bütün növ xəzinə əməliyyatlarının icrasının və uçotunun real vaxt rejimində həyata keçirilməsi təmin olunub. Nəticədə, respublika ərazisində büdcə əməliyyatlarının icrasının sürəti və keyfiyyəti ciddi şəkildə yüksəlib.

Hazırda budcənin icrasi ilə yanaşı, budcənin formalaşdırılması prosesi və onunla əlaqədar olan bütün nov əməliyyatların da tam avtomatlaşdırılması istiqamətində işlər aparılır. Artıq büdcə təşkılatlarının əsas vəsaitlərinin uçotu, budcənin proqnozlaşdırılması, əməkhaqlarının hesablanmasını, kadr uçotunu və s. istiqamətləri tənzimliyən müvafiq proqram təminatı hazırlanıb.

"Elektron Azərbaycan" layihəsinin ən vacib sahələrindən olan dovlət orqanlarında elektron sənəd dövriyyəsi və elektron imza artıq Maliyyə Nazirliyində tətbiq olunur.

Xəbər lenti

Xəbər lenti