...

Azərbaycanda İT sektorunun yüksək artım tempi qorunacaq

Telekommunikasiya Materials 14 İyun 2012 13:34 (UTC +04:00)
Azərbaycanın informasiya kommunikasiya texnologiyaları sektoru yüksək artım tempi nümayiş etdirir.
Azərbaycanda İT sektorunun yüksək artım tempi qorunacaq

Azərbaycan, Bakı, 14 iyun /Trend, müxbir H.Vəliyev/

Azərbaycanın informasiya kommunikasiya texnologiyaları sektoru yüksək artım tempi nümayiş etdirir. Trend-in məlumatına görə, bu barədə cümə axşamı jurnalistlərə ICD analitik şirkətinin Mərkəzi Asiya və Azərbaycan üzrə rəhbəri Andrey Beklemişev bildirib.

Onun sözlərinə görə, şirkətin proqnozlarına əsasən, bu temp gələcəkdə də qorunacaq, çünki dövlət tərəfindən mövcud sektora iri investisiyalar gözlənilir.

"Azərbaycanın İT bazarı üzrə dəqiq rəqəmlər yoxdur. Buna baxmayaraq, əgər, məsələn, ÜDM həcmi və ölkə əhalisi üzrə göstəriciləri nəzərə alsaq, onlar olduqca dəyərlidir", - Beklemişev deyib.

Onun sözlərinə görə, IDC-nin hesabatlarında yalnız "ağ" tədarüklər nəzərə alınır.

"Əgər şirkət ümumilikdə İT bazarını qiymətləndirirsə, o zaman "boz" tədarüklər də hesaba alınır. Dubay bazarı haqqında danışsaq, bu ölkəyə məhsul tədarüklərinin sayını hesablasaq, külli miqdarda rəqəm alınır. Aydındır ki, Dubay bu qədər məhsul istehlak etmir, yəni məhsulun bir hissəsi "boz" tədarüklərə gedir", - Beklemişev qeyd edib.

Xəbər lenti

Xəbər lenti