...

Azərbaycanın İT bazarı dünya böhranını nisbətən zərərsiz keçirib

Telekommunikasiya Materials 14 İyun 2012 14:45 (UTC +04:00)
Azərbaycanın informasiya texnologiyaları bazarı dünya böhranını Qazaxıstanda olduğundan xeyli dərəcədə zərərsiz keçirib.
Azərbaycanın İT bazarı dünya böhranını nisbətən zərərsiz keçirib

Azərbaycan, Bakı, 14 iyun /Trend, müxbir H.Vəliyev/

Azərbaycanın informasiya texnologiyaları bazarı dünya böhranını Qazaxıstanda olduğundan xeyli dərəcədə zərərsiz keçirib. Trend-in məlumatına görə, bu barədə cümə axşamı jurnalistlərə ICD analitik şirkətinin Mərkəzi Asiya və Azərbaycan üzrə rəhbəri Andrey Beklemişev bildirib.

Onun sözlərinə görə, bu gün bazar ümumilikdə dirçəlib və böhrandan əvvəlki dövrün həcmlərinə çatıb.

"Aydındır ki, böhran bundan sonra da bütün dünyanı narahat edəcək, lakin ümumilikdə dövriyyə baxımından 2007-ci ilin göstəricilərinə çatmışıq", - Beklemişev deyib.

O, Azərbaycanın İKT sektorunun illik artım həcminin təqribən 25-30 faiz olmasını real hesab edir.

"İT bazarları ÜDM-dən xeyli tez artır. Əgər ÜDM artımı yavaşıyır və ya azalırsa, İT bazarları buna tez reaksiya verir. Məsələn, Qazaxıstanda böhrana qədər orta hesabla 30 faizədək artım müşahidə etmişik. 2008-2009-cu illərdə İT bazarının 50 faiz azalmasını gördük, halbuki ÜDM azalmadı. İqtisadiyyatın 2-3 faiz artımı davam edir, buna baxmayaraq, İT bazarı azalmayıb", - Beklemişev vurğulayıb.

Ekspertin fikrincə, Qazaxıstan və Azərbaycan bazarlarını çox şey birləşdirir.

"Onlar yeraltı sərvətlər, ilk növbədə, neft baxımından bir-biri ilə bağlıdır", - o bildirib.

Xəbər lenti

Xəbər lenti