...

"Bakcell" beynəlxalq mükafata layiq görülüb

Telekommunikasiya Materials 14 İyun 2012 17:43 (UTC +04:00)
Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi "Bakcell" şirkəti "Eurovision 2012" mahnı müsabiqəsinin keçirildiyi "Bakı Kristal Zalı"nı binadaxili mobil rabitə sistemi ilə təchiz etdiyinə və yarış zamanı yüksəkkeyfiyyətli mobil rabitə xidməti göstərdiyinə görə nüfuzlu "GTB Innovation Award 2012" ("GTB İnnovasiya Mükafatı 2012") beynəlxalq mükafatına layiq görülüb.
"Bakcell" beynəlxalq mükafata layiq görülüb

Azərbaycan, Bakı, 14 iyun /Trend/

Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi "Bakcell" şirkəti "Eurovision 2012" mahnı müsabiqəsinin keçirildiyi "Bakı Kristal Zalı"nı binadaxili mobil rabitə sistemi ilə təchiz etdiyinə və yarış zamanı yüksəkkeyfiyyətli mobil rabitə xidməti göstərdiyinə görə nüfuzlu "GTB Innovation Award 2012" ("GTB İnnovasiya Mükafatı 2012") beynəlxalq mükafatına layiq görülüb.

Şirkətdən cümə axşamı Trend-ə verilən məlumata görə, "Global Telecoms Business" özünün altıncı illik mükafatını Londonda telekommunikasiya sənayesinin 360 nəfər nümayəndəsinin iştirakı ilə keçirilən mərasimdə təqdim edib.

"Bakı Kristal Zalı"nın mobil telekommunikasiya infrastrukturu Türkiyənin ən böyük stadionlarından biri olan "TT Arena"nın təchizatını həyata keçirən "Komtel" və "Bakcell" tərəfindən qurulub. Layihədə ABŞ-ın "Bravo Tech Inc." şirkətinin unikal sistemindən istifadə olunub.

"Bakcell şirkəti öz innovativ ideyasının GTB tərəfindən yüksək qiymətləndirilməsindən çox məmnundur. Biz qısa - rekord bir müddət ərzində "Eurovision 2012" mahnı müsabiqəsinin keçirildiyi "Bakı Kristal Zalı"nda bu avadanlıqları quraşdıra bildik və sistem müsabiqə günlərində abunəçilərə yüksək səviyyədə xidmət göstərdi", - Bakcell-in baş icraşı direktoru Riçard Şirer bildirib.

Xüsusi olaraq sözügedən layihə üçün gətirilən 90 stadion antennası "Bakcell" abunəçilərini yüksək xidmətlə təmin edib. Ölkədə fəaliyyət göstərən digər mobil operatorların abunəçilərinə də xidmət bu sistem üzərindən göstərilib.

Bakcell-in mütəxəssisləri sistemin saz vəziyyətdə olması üçün bütün yarış boyu sistemi nəzarətdə saxlayıblar. Hər üç operatorun istifadəsi üçün quraşdırılan 2G və 3G kanallar 31 mindən artıq abunəçiyə rabitə imkanı yaradıb.

Xəbər lenti

Xəbər lenti