...

Azərbaycanın dövlət qurumlarının bütün xidmətləri 2020-ci ilədək elektron formata keçiriləcək - nazir

Telekommunikasiya Materials 19 İyun 2012 15:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 iyun /Trend, müxbir H.Vəliyev/

İnformasiya kommunikasiya texnologiyalarının inkişafı Azərbaycanın sosial-iqtisadi inkişafına müsbət təsir edir. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov hakim Yeni Azərbaycan Partiyası ilə birgə Bakıda təşkil edilən konfransda çıxışında bildirib.

Onun sözlərinə görə, Azərbaycanda "Elektron hökumət" layihəsinin yaradılması çox vacibdir. Dövlət başçısının sərəncamına əsasən, nazirliyin nəzdində yaxın vaxtlarda fəaliyyətə başlayacaq "Elektron hökumət" üzrə agentlik yaradılıb.

"Elektron hökumət"in əsas məqsədi dövlət qurumlarının xidmətlərinin avtomatlaşdırılması məsələlərinin həlli və onların biznes sektora və vətəndaşlara təqdim edilməsidir.

Nazirin sözlərinə görə, "Elektron hökumət" layihəsi çərçivəsində vətəndaşlara nəzərdə tutulan bütün xidmətlərin təqribən 30 faizi təqdim edilir. Xidmətlər əsasən informasiya xarakteri daşıyır.

Hazırda respublikada elektron xidmət istifadəçilərinin sayı təqribən 10 faiz təşkil edir.

"Bizim əsas məqsədimiz 2020-ci ilədək dövlət qurumlarının xidmətlərini tam elektron formata keçirmək, vətəndaşların elektron xidmələrə 100 faiz çıxışını təmin etmək, istifadəçilərin sayını isə 80 faizədək artırmaqdır. Bu, ölkənin sosial-iqtisadi inkişafına müsbət təsir edəcək", - Abbasov qeyd edib.

Xəbər lenti

Xəbər lenti