...

Azərbaycanın dövlət rabitə operatorları CATEL-in işinin bərpa edilməsində iştirakdan imtina ediblər

Telekommunikasiya Materials 19 İyun 2012 13:43 (UTC +04:00)
Azərbaycanın dövlət rabitə operatorları şirkətin ağır maliyyə vəziyyəti ilə əlaqədar CATEL-CDMA operatorunun işinin bərpa edilməsində mümkün iştiraklarını daha nəzərdən keçirmirlər.
Azərbaycanın dövlət rabitə operatorları CATEL-in işinin bərpa edilməsində iştirakdan imtina ediblər

Azərbaycan, Bakı, 19 iyun /Trend, müxbir H.Vəliyev/

Azərbaycanın dövlət rabitə operatorları şirkətin ağır maliyyə vəziyyəti ilə əlaqədar CATEL-CDMA operatorunun işinin bərpa edilməsində mümkün iştiraklarını daha nəzərdən keçirmirlər. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı jurnalistlərə Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib.

Onun sözlərinə görə, CATEL-in fəaliyyətinin bərpa edilməsi üzərində iş dövlət rabitə operatorlarının iştirakı olmadan davam edir.

"Şirkətin işinin bərpasında iştirak etməyi özəl şirkətlərə təklif etdik və hazırda bir sıra şirkətlər maraq göstəriblər. Əgər razılıq əldə edilsə, normativ-hüquqi məsələlərin həllindən sonra CATEL işini bərpa edə bilər", - Abbasov vurğulayıb.

Xəbər lenti

Xəbər lenti