...

Bakcell-dən hədiyyə! "Bu Şəhərdə"!

Telekommunikasiya Materials 19 İyun 2012 13:25 (UTC +04:00)
Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet təchizatçısı olan "Bakcell" şirkəti müasir mobil rabitə istifadəçilərinə geniş çeşidli məhsullar təklif etməkdədir.
Bakcell-dən hədiyyə! "Bu Şəhərdə"!

Azərbaycan, Bakı, 19 iyun /Trend/

Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet təchizatçısı olan "Bakcell" şirkəti müasir mobil rabitə istifadəçilərinə geniş çeşidli məhsullar təklif etməkdədir.

Şirkətdən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, Sür@ ticarət nişanı altında ölkədə ən mükəmməl 3G mobil internet təcrübəsini təklif edən "Bakcell" abunəçilərini sevindirməyə davam edir. Daim müştərilərini düşünən "Bakcell" şirkəti uzun illərdir sevib-sevilən və çıxışları ilə tamaşaçılarının zövqünü oxşayan "Bu Şəhərdə" layihəsinin regionlarımıza səfərini təşkil edib.

Azərbaycanın gözəl diyarları olan Lənkəran, Şirvan, Şəki, Qəbələ, Quba, Bərdə, Gəncə və Mingəçevirdə konsert proqramları ilə çıxış edəcək "Bu Şəhərdə" dueti yerli əhalinin qızmar yay günlərinə gülüş qatacaq.

Konsertlərə giriş əhali üçün tamamən pulsuz olacaq. Bundan əlavə, məkanların giriş hissəsində quraşdırılacaq böyük monitorlar konsert zalına keçə bilməyən izləyicilərə tamaşanı görmək imkanı yaradacaq.

Kampaniyanın təfərrüatları, konsertlərin keçirilmə yerləri və tarixləri barədə ətraflı məlumatı Bakcell-in internet və facebook səhifələrindən əldə etmək olar. www.bakcell.comwww.facebook.com/bakcell

Xəbər lenti

Xəbər lenti