...

KATV1 abunəçiləri üçün yeni kampaniya

Telekommunikasiya Materials 19 İyun 2012 18:22 (UTC +04:00)
Avqustun 31-dək KATV1 kabel televiziyası operatorunun rəqəmsal yayım və internet xidmətindən istifadə edən abunəçilər "PayPoint" ödəmə nöqtələri vasitəsilə 30 manat və ya artıq ödəniş edikdə KATV1 tərəfindən təmənnasız 1 aylıq əlavə 3 paketə (VİP1, VİP2, VİP3) abunə olmaq imkanı əldə edəcəklər.
KATV1 abunəçiləri üçün yeni kampaniya

Azərbaycan, Bakı, 19 iyun /Trend/

Avqustun 31-dək KATV1 kabel televiziyası operatorunun rəqəmsal yayım və internet xidmətindən istifadə edən abunəçilər "PayPoint" ödəmə nöqtələri vasitəsilə 30 manat və ya artıq ödəniş edikdə KATV1 tərəfindən təmənnasız 1 aylıq əlavə 3 paketə (VİP1, VİP2, VİP3) abunə olmaq imkanı əldə edəcəklər. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı KATV1 şirkətinin yaydığı məlumatda deyilir.

Kampaniya çərçivəsində əlavə paketlər gələn ayın 1-dən aktivləşdiriləcək. Rəqəmsal yayım və internet xidmətindən istifadə edən abunəçilər ödənişləri KATV1 filiallarında və inkassatorlar vasitəsilə həyata keçirə bilərlər.

Bundan əlavə, abunəçilər onlara verilən ID-kod vasitəsilə bank filiallarında, "Netmoney" universal ödəmə kartlarının və "PayPoint" ödəmə terminallarının köməyi ilə, eləcə də bank kartları vasitəsilə internetdən ödəmələri həyata keçirə bilərlər.

Əlavə məlumat və ID-kod əldə etmək üçün 127 nömrəsinə zəng etmək olar.

Xəbər lenti

Xəbər lenti