...

Azərbaycanın Rabitə Nazirliyi yüksək texnoloji məhsullar üçün gömrük rüsumlarının azaldılması ilə bağlı təkliflər hazırlayır

Telekommunikasiya Materials 20 İyun 2012 12:23 (UTC +04:00)
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yüksək texnoloji məhsullar üçün ölkəyə idxal edilən komplekt hissələr üzrə gömrük rüsumlarının azaldılması ilə bağlı təkliflər hazırlayır.
Azərbaycanın Rabitə Nazirliyi yüksək texnoloji məhsullar üçün gömrük rüsumlarının azaldılması ilə bağlı təkliflər hazırlayır

Azərbaycan, Bakı, 20 iyun /Trend, müxbir H.Vəliyev/

Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yüksək texnoloji məhsullar üçün ölkəyə idxal edilən komplekt hissələr üzrə gömrük rüsumlarının azaldılması ilə bağlı təkliflər hazırlayır. Trend-in məlumatına görə, bu barədə Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov hakim Yeni Azərbaycan Partiyası ilə birgə keçirilən iclasda bildirib.

Nazirin sözlərinə görə, ölkəyə idxal edilən kompüterlərə görə rüsum 3 faiz təşkil edir, halbuki onların istehsalı üçün komponentlərin idxalına görə rüsum isə qiymətdən asılı olaraq 10-15 faiz təşkil edir.

Abbasov qeyd edib ki, Azərbaycanda İKT sektorunun dinamik inkişafına rəğmən, məhsulların ixracı idxaldan xeyli geri qalır.

"Müxtəlif dövlət qurumlarının fəaliyyətinin avtomatlaşdırılması prosesinin dinamik artımı ilə əlaqədar ölkəyə yüksək texnoloji məhsulların idxalının yüksək səviyyəsi müşahidə edilir", - Abbasov deyib.

Bundan başqa, Azərbaycanda İKT sektorunun inkişafı, onun rəqabət qabiliyyətinin artırılması üçün bu sahədə vergi qanunvericiliyinin optimallaşdırılması və güzəştli kredit resurslarının mövcudluğu lazımdır.

"Azərbaycanda İKT-yə dəstək fondunun yaradılması ilə bağlı layihə həyata keçirilir. Fond şirkətlərə kredit və qrantların verilməsi imkanını təmin edəcək. Fondun yaradılması yerli şirkətlərə monetar və fiskal güzəştlər əldə etməyə şərait yaradacaq", - Abbasov vurğulayıb.

Xəbər lenti

Xəbər lenti