...

Connect-dən "Yay Fürsəti" kampaniyası (FOTO)

Telekommunikasiya Materials 21 İyun 2012 17:55 (UTC +04:00)
Ölkənin ən qabaqcıl TV və ADSL-internet xidmətləri provayderi olan "Konnekt" şirkətinin ənənəvi mövsümi kampaniyası "Yay Fürsəti" 2012-ci ilin yay mövsümündə yeni endirimlərlə abunəçilərinin görüşünə gəlib.
Connect-dən "Yay Fürsəti" kampaniyası (FOTO)

Azərbaycan, Bakı, 21 iyun /Trend/

Ölkənin ən qabaqcıl TV və ADSL-internet xidmətləri provayderi olan "Konnekt" şirkətinin ənənəvi mövsümi kampaniyası "Yay Fürsəti" 2012-ci ilin yay mövsümündə yeni endirimlərlə abunəçilərinin görüşünə gəlib.

Şirkətdən cümə axşamı Trend-ə verilən məlumata görə, "Yay Fürsəti" kampaniyası ilə "Konnekt"in xidmətlərindən istifadə edən və "Konnekt"ə qoşulmaq arzusunda olan şəxslərə sərfəli qoşulma şərtləri təqdim olunur.

Kampaniya müddətində "Connect" TV üçün şərtlər:

- "Connect" rəqəmsal TV qəbuledici komplektinin endirimli qiyməti 39 manat və 1 ay pulsuz 27 manatlıq TV paket (159 kanal) hədiyyə;

- "Connect" 75 və ya 118 kanal TV abunəçiləri isə 2 aylıq abunə haqqını əvvəlcədən ödəməklə 159 kanala 1 ay müddətində pulsuz baxacaqlar.

"Connect" TV Bakı, Sumqayıt şəhərlərində və ümumilikdə Abşeron yarımadasında yayımlanan rəqəmsal efir-kabel televiziyasıdır.

Kampaniya müddətində "Connect" ADSL-internet üçün şərtlər:

- İndi ADSL-internetə qoşulma pulsuz, əlavə olaraq 1mb/s sürət hədiyyə;

- "Connect" ADSL-internet abunəçiləri isə 2 aylıq abunə haqqını əvvəlcədən ödəməklə əlavə olaraq 1 mb/s sürəti hədiyyə alacaqlar.

Kampaniyanın müddəti məhduddur.

Tel.: Məlumat Mərkəzi 159; (+994 12) 5390159, (+994 12) 5664238; Fax:+ 994 12 5663967

E-mail: [email protected]; www.connect.az; http://www.facebook.com/CONNECT.LTD

Xəbər lenti

Xəbər lenti