...

Azərbaycanda icbari sosial sığorta üzrə daxilolmaların elektron ödənişinə başlanılır

Telekommunikasiya Materials 29 İyun 2012 11:42 (UTC +04:00)
Azərbaycan Dövlət Sosial Müdafiə Fondu (DSMF) icbari dövlət sosial sığortası üzrə ödənişlərin elektron formada qəbuluna başlayır.
Azərbaycanda icbari sosial sığorta üzrə daxilolmaların elektron ödənişinə başlanılır

Azərbaycan, Bakı, 29 iyun /Trend, müxbir H.Vəliyev/

Azərbaycan Dövlət Sosial Müdafiə Fondu (DSMF) icbari dövlət sosial sığortası üzrə ödənişlərin elektron formada qəbuluna başlayır. Trend-in məlumatına görə, bu barədə cümə günü jurnalistlərə fondun sədri Səlim Müslümov məlumat verib.

"Artıq iyul ayında sığortaçılar ilk yarım ilin və ikinci rübün yekunlarına görə hesabatı elektron formada verə biləcəklər", - Müslümov deyib.

Bu əməliyyatları on-line rejimdə aparmaq üçün proqram təminatı fondun internet resursunda yerləşdirilib. Mayın 31-nə olan vəziyyətə görə, elektron hesabatların təqdim olunması üçün DSMF-yə 6205 elektron müraciət daxil olub.

Fondun elektron xidmətləri habelə "elektron hökumət" portalında (ehdis.az) yerləşdirilib.

Müslümovun sözlərinə görə, DSMF Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin İnformasiya-Hesablama Mərkəzi ilə saziş imzalayıb ki, bu da Fondun əməkdaşlarını elektron-rəqəmsal imzalarla (ERİ) təmin etməyə imkan verir. Bu gün fondun əməkdaşlarının aldıqları ERİ sayı 442 ədəddir.

Xəbər lenti

Xəbər lenti