...

EPEG optik-lif kabel magistralının işə salınması təxirə düşdü

Telekommunikasiya Materials 3 Avqust 2012 18:14 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 avqust /Trend, müxbir H.Vəliyev/

EPEG (Europe Persia Express Gateway) optik-lif kabel magistralının işə salınması təxirə salınıb. Bu barədə cümə günü Trend-ə layihəyə yaxın mənbə bildirib.

EPEG kabel magistralının işə salınması ona görə təxirə salınıb ki, İran və Oman arasında çəkilməli olan kabel magistralının dəniz seqmenti hazır deyil. Dəniz seqmentinin çəkilməsi üzrə işlərin yaxın iki ay ərzində başa çatdırılması gözlənilir.

Bundan əvvəl EPEG kabel magistralının işə salınma tarixi may ayından iyul ayının 10-na dəyişdirilmişdi.

Oman və Frankfurtu birləşdirən EPEG kabel magistralı üç ölkənin (Azərbaycan, Polşa və Ukrayna) ərazisindən keçir.

Xəbər lenti

Xəbər lenti