...

Azərbaycanın icazələr haqqında portalına maraq xaricdə də artır

Telekommunikasiya Materials 22 Avqust 2012 14:55 (UTC +04:00)
Cari ilin iyulunda İqtisadi İnkişaf Nazirliyi tərəfindən ölkə vətəndaşlarının, eləcə də sahibkarların icazələrlə bağlı məlumatlılıq səviyyəsinin yüksəldilməsi məqsədilə yaradılan www.icazeler.gov.az portalının xidmətlərindən altı minə yaxın istifadəçi yararlanıb.
Azərbaycanın icazələr haqqında portalına maraq xaricdə də artır

Azərbaycan, Bakı, 22 avqust /Trend, müxbir A.Axundov/

Cari ilin iyulunda İqtisadi İnkişaf Nazirliyi tərəfindən ölkə vətəndaşlarının, eləcə də sahibkarların icazələrlə bağlı məlumatlılıq səviyyəsinin yüksəldilməsi məqsədilə yaradılan www.icazeler.gov.az portalının xidmətlərindən altı minə yaxın istifadəçi yararlanıb. Trend-in məlumatına görə, bu barədə İqtisadi İnkişaf Nazirliyinin (İİN) çərşənbə günü yaydığı məlumatında deyilir.

"Portalın xidmətlərindən əsasən, ABŞ, Böyük Britaniya, Fransa, Yaponiya, Avstriya, Rusiya, Koreya, Türkiyə və Gürcüstandan 6 min internet istifadəçisi yararlanıb. Ümumilikdə isə, istifadəyə verildiyi tarixdən indiyə qədər saytı 24 mindən çox istifadəçi ziyarət edib", - İİN-in məlumatında deyilir.

İqtisadi İnkişaf Nazirliyi bu elektron resursa böyük maraq göstəriləcəyini proqnozlaşdırır.

"Bu ilin iyul ayında mərkəzi icra hakimiyyəti orqanlarının 26 qanunvericilik aktının layihəsi icazələrin elektron informasiya portalında yerləşdirilib", - məlumatda deyilir.

www.icazeler.gov.az portalı icazəverici sənədlər, onların alınması prosedurları, təqdim edilməli sənədlər barədə sahibkarlıq fəaliyyətinə başlamaq istəyənlər və fəaliyyətini genişləndirmək istəyən iş adamları üçün vahid informasiya mənbəyidir.

Portal Prezident İlham Əliyevin 26 oktyabr 2011-ci il tarixli "Müəyyən sahibkarlıq fəaliyyəti növləri ilə məşğul olmaq üçün tələb edilən xüsusi razılıq (lisenziya) və icazə sistemi ilə bağlı bəzi məsələlər haqqında" Fərmanına əsasən yaradılıb.

Xəbər lenti

Xəbər lenti