...

Dövlət Qulluğu Məsələləri üzrə Komissiya elektron sənəd dövriyyəsi sisteminin formalaşdırılmasına başlayır

Telekommunikasiya Materials 2 Oktyabr 2012 14:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 oktyabr /Trend, müxbir H.Vəliyev/

Azərbaycan Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya elektron sənəd dövriyyəsi sisteminin formalaşdırılmasına başlayır. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Dövlət Komissiyasının yaydığı məlumatda deyilir.

Sistem inteqratoru funksiyasını yerinə yetirən və sistemin texniki cəhətdən qurulması üzrə işlərə cavabdeh olan struktur qismində Azərbaycanın "Globtel Solutions" şirkəti seçilib.

Komissiyanın məlumatına görə, 22 may 2012-ci il tarixdə elan edilən "Dövlət Qulluqçularının Reyestri İnformasiya Sisteminin (DQRİS) yenidən qurulması, sənəd dövriyyəsi və elektron xidmətlərin yaradılması üzrə proqram təminatının satınalınması" açıq tenderinin 26 iyul 2012-ci il tarixli yekun protokoluna uyğun olaraq qalib "Globtel Solutions" Məhdud Məsuliyyətli Cəmiyyəti elan edilib.

Xəbər lenti

Xəbər lenti