...

Azərbaycanın dövlət provayderinin şəbəkəsi üzrə genişzolaqlı qoşulmaların sayı artıb

Telekommunikasiya Materials 2 Oktyabr 2012 17:54 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 oktyabr /Trend, müxbir H.Vəliyev/

Son iki ay ərzində "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin (İB) "BakinterNet" dövlət internet servis provayderinin şəbəkəsi üzrə genişzolaqlı qoşulmaların sayı 2,2 faiz artıb. Bu barədə çərşənbə axşamı Trend-ə İB-dən məlumat veriblər.

Özəl servis provayderlərinin portları nəzərə alınmaqla "Bakı Telefon Rabitəsi"nin şəbəkəsi üzrə genişzolaqlı internet portlarının sayı 210 min ədədi ötür. Portların ümumi sayından 160 min ədəddən çoxu aktivdir.

Genişzolaqlı qoşulmaların ümumi sayının 90 mindən çoxu "BakinterNet" dövlət provayderinin abunəçiləridir.

İlin sonunadək genişzolaqlı qoşulma üzrə abunəçi bazasını 250 min istifadəçiyədək artırmaq planlaşdırılır. Hazırda dövlət operatorunun ümumi istifadədə olan telefon şəbəkələrinin genişzolaqlı internet xidmətləri üzrə yüklənməsi 25 faizə çatır.

Xəbər lenti

Xəbər lenti