...

Azərbaycanda "elektron hökumət" portalının xidmətləri genişləndirilə bilər

Telekommunikasiya Materials 5 Oktyabr 2012 12:38 (UTC +04:00)
Azərbaycanın dövlət idarələrindəki mövcud 395 elektron xidmətdən 152-si "elektron hökumət" portalına (ehdis.az) birləşdirilib.
Azərbaycanda "elektron hökumət" portalının xidmətləri genişləndirilə bilər

Azərbaycan, Bakı, 5 oktyabr / Trend, müxbir H.Vəliyev /

Azərbaycanın dövlət idarələrindəki mövcud 395 elektron xidmətdən 152-si "elektron hökumət" portalına (ehdis.az) birləşdirilib. Trend-in məlumatına görə, bu barədə cümə günü Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin məlumatında deyilir.

Adıçəkilən siyahıdakı bütün xidmətlər "elektron hökumət" portalına birləşdirilib və həmin xidmətlərin göstərilməsi üçün lazımi texniki infrastruktur yaradılıb. Portalın funksiyaları xidmətlərin konkret sayı ilə məhdudlaşmır. Portalda təqdim olunan elektron xidmətlərin sayını bir neçə min ədədə çatdırmaq olar.

Hazırda dövlət strukturlarında elektron xidmətlərin müəyyən hissəsi "bir pəncərə" prinsipi üzrə təqdim olunur.

"Elektron hökumət" portalı vətəndaşlarla, dövlət müəssisələri və özəl sektorlarla işi dəstəkləyən əsas alətdir.

Xəbər lenti

Xəbər lenti