...

Naxçıvan MR-də simsiz rabitə xidmətləri üzrə tariflər azaldılır

Telekommunikasiya Materials 9 Oktyabr 2012 17:02 (UTC +04:00)
Naxçıvan Muxtar Respublikasının (NMR) "Naxtel" CDMA simsiz rabitə operatoru simsiz rabitə xidmətləri üzrə tarifləri aşağı salır.
Naxçıvan MR-də simsiz rabitə xidmətləri üzrə tariflər azaldılır

Azərbaycan, Bakı, 9 oktyabr /Trend, müxbir H.Vəliyev/

Naxçıvan Muxtar Respublikasının (NMR) "Naxtel" CDMA simsiz rabitə operatoru simsiz rabitə xidmətləri üzrə tarifləri aşağı salır. Bu barədə çərşənbə axşamı Trend-ə NMR-in Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən bildiriblər.

Nazirliyin məlumatına görə, noyabrın 1-dən aylıq abunə haqqı 5 manatdan 3 manata endiriləcək.

Operatorun şəbəkədaxili nömrələrinə zənglər pulsuz həyata keçirilir, digər operatorların stasionar nömrələrinə zənglər zamanı 1 dəqiqə danışıq haqqı 1 qəpiyə başa gəlir.

"Naxtel" hazırda NMR-in 85 faiz ərazisini əhatə edir. Operatorun abunəçi bazası 7 minə çatır. Operatorun şəbəkəsindəki baza stansiyalarının sayı 20 ədədi ötür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti