...

Azərbaycanda İKT xidmətlərinin həcmi bir milyard manata çatıb

Telekommunikasiya Materials 11 Oktyabr 2012 13:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 oktyabr /Trend, müxbir H.Vəliyev/

Azərbaycanda yanvar-sentyabr aylarında təşkilatlara və əhaliyə göstərilən informasiya və rabitə xidmətlərinin həcmi 1 milyard manat təşkil edib. Bu barədə cümə axşamı Trend-ə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Ötən dövr ərzində göstərilən sektorun müqayisə edilə bilən qiymətlər üzrə artım tempi 16,7 faiz olub.

İnformasiya və rabitə xidmətləri həcminin 72,3 faizi əhaliyə göstərilən xidmətlərin payına düşür.

Bununla yanaşı, əldə olunan gəlirin 59,8 faizi mobil rabitənin payına düşüb ki, bu da 2011-ci ilin analoji dövr göstərici ilə müqayisədə 13,9 faiz çoxdur.

Bu dövrdə mobil rabitə xidmətlərindən əldə olunan gəlirlərin ümumi həcmi 610 milyon manat təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti