...

Azercell-in Barama İnnovasiya Mərkəzi yeni layihəni təqdim edib

Telekommunikasiya Materials 23 Oktyabr 2012 12:05 (UTC +04:00)
Oktyabrın 23-də Azercell Telekom MMC-nin Barama İnnovasiya Mərkəzi daha bir layihəni gənclərin ixtiyarına verib.
Azercell-in Barama İnnovasiya Mərkəzi yeni layihəni təqdim edib

Oktyabrın 23-də Azercell Telekom MMC-nin Barama İnnovasiya Mərkəzi daha bir layihəni gənclərin ixtiyarına verib.

"eTədris" adlanan layihənin məqsədi www.etedris.az internet portalı üzərindən informasiya texnologiyaları sahəsində tədrisi təklif etmək məqsədi daşıyır. Bu layihə çərçivəsində hər kəs onu maraqlandıran İT istiqamətləri üzrə öz biliklərini artırmaq imkanı əldə edəcək. Məlumat üçün bildirək ki, layihə çərçivəsində Azərbaycan dilində İT sahəsinə aid elektron məlumatlar hazırlanaraq portalda yerləşdiriləcək, təlimçilərlə müxtəlif mövzular barəsində video konfranslar təşkil ediləcək, elmi məqalələr və elmi işlər üzrə materiallar da saytda yerləşdiriləcək.
Qeyd edək ki, üç ildən çoxdur açılan Barama İnnovasiya Mərkəzi İT sahəsindəki gənc istedadlara öz ideyalarını reallaşdırmaq şansını verir. Bu müddət ərzində mərkəzin ofisində müxtəlif proqramlar həyata keçirilib, onlarla gənclər hər gün yenilənən texnologiyalar sahəsində biliklərini artırmaq, təcrübə toplamaq imkanı qazanıblar. Barama İnnovasiya Mərkəzində il boyunca layihə və ideyalar qəbul edilir, bəyənilən təşəbbüs müəlliflərinə onların gerçəkləşdirmək imkanı yaradılır.

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.

Azercell Telekom MMC 1996-cı ildə təsis edilmiş və fəaliyyətinin ilk illərindən etibarən bazarda lider mövqeyini saxlayır. Azercell Azərbaycana bir sıra innovativ texnologiyaları və konsepsiyaları gətirib: GSM texnologiyası, GPRS/EDGE, 24/7 Telefon Mərkəzi, tam xidmət göstərən Azercell Ekspres ofisləri və s. Azərbaycanın mobil rabitə bazarındakı payı 55% olan Azercell şirkətinin şəbəkəsi ölkə əhalisinin 99,8%-ni əhatə edir. 2011-ci ilin ilin sonuna Azercell abonentlərinin sayı 4 milyon 220 min nəfər təşkil etmişdir. 2011-ci ildə Azercell 3G, 2012-ci ildə isə 4G xidmətini təqdim etmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti